XƏBƏRLƏR
MƏLUMAT
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/01/2024 14:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 3 və 6 nömrəli kitabxana filialları ilə birgə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri  Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur.

Tədbir zamanı həmçinin Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini əks etdirən kitab sərgisidə təqdim olunub.

Baxış sayı: 237