XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2024 17:31

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib. Tədbirdə kitabxana əməkdaşları, İctimai Şura üzvləri, sahə mütəxəssisləri iştirak edib.

Tədbir iştirakçıları öncə kitabxana ilə yaxından tanış olub. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş bilgi verib, uşaqların oxu mədəniyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fiklirlərini bölüşüb: “Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq, uşaqlara sevdirmək və gələcək nəsillərə bu gələnəyimizi doğru-düzgün şəkildə ötürməkdir”.

Tədbirin aparıcısı – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı və  digər çıxışçılar müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb.

Çağdaş uşaq ədbiyyatının janr problemlərindən söz açılıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərə toxunulub. İştirakçılar bu istiqamətdə müxtəlif təşəbbüs və təkliflərlə çıxış ediblər.

Baxış sayı: 163