XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə yeni kitab hədiyyə olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2023 06:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə AYB-nin və AJB-nin üzvü, şair-publisist Pərixanım Mikayılqızı (Muradova) yeni nəşr olunmuş “Klassik irsimizin zərif nümayəndələri” kitabını hədiyyə edib.

Pərixanım Mikayılqızı “Klassik irsimizin zərif nümayəndələri” kitabını Azərbaycanın ictimai, siyasi və mədəni həyatında yer tutan yaradıcı, mübariz qadınlarımıza həsr edib. Müəllif bu kitabı klassik ədəbiyyatımızın ilk qadın şairlərindən hesab edilən Məhsəti xanım Gəncəvidən başlayaraq müxtəlif əsrlərdə yaşayıb-yaratmış, öz sözünü demiş bir sıra maarifpərvər qadınlar haqqında materiallar toplayaraq qələmə almış və sonunu Əzizə xanım Cəfərzadə ilə yekunlaşdırıb.

“Klassik irsimizin zərif nümayəndələri” kitabı ilə Yasamal rayon MKS-nin kitabxanalarında tanış olmaq olar.

Baxış sayı: 307