
1909-cu il sentyabrın 1-də Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açan Fateh Fətullayev ailədə 4 qardaşın böyüyü olub. Ümumiyyətlə, Fətullayev soyadını eşidəndə Azərbaycan mədəniyyətinə böyük töhfələr verən Fətullayevlər sülaləsinin görkəmli nümayəndələri yada düşür. Fateh Fətullayev də sevib-seçdiyi peşəsini ömrü boyu böyük məsuliyyətlə, ali səviyyədə təqdim edən sənətkarlarımızdandır.
Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlayan (1932), Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirən (1933), bir il sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın truppasına daxil olan (on ilə yaxın bu teatrda aktyorluq edib), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçi-solist kimi çıxış edən (1944), müxtəlif teatrların səhnəsində koloritli ifası ilə teatr ictimaiyyətinin hörmət və rəğbətini qazanan istedadlı aktyorun bir kino obrazı ilə (Arif) məşhurlaşması, yaddaşlarda iz salması rolun təfsirində peşə biliciliyini yaradıcılığının mayakına çevirməsi, xalqının sevimli aktyoru olaraq qəbul edilməsi deməkdir.
Bəşəri bəlaları, insan həyatı üçün təhlükəli, mürəkkəb məsələləri təhlil obyektinə çevirən teatr bir çox hallarda kino sənətkarlarının uğur yolunun başlanğıcı olub. Fateh Fətullayevin kino yaradıcılığının uğurunda da teatr fəaliyyətinin bilavasitə rolu var. Müxtəlif teatrlarda böyük sənət təcrübəsi toplayan aktyor fərqli, əsasən dramatik rolların öhdəsindən gəlməklə yanaşı, həm də xoşagəlimli səsi ilə tamaşaçılarını təəccübləndirməyi bacarıb. Təəssüflər olsun ki, aktyorun hər hansı bir teatr tamaşasındakı rolunu əks etdirən videomaterial olmadığından fikirlərimizi yalnız mənbələrə əsaslanaraq çatdırmalı oluruq.
Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas-tənqidçi İlham Rəhimlinin aktyor haqqında yazdığı məqalədə belə bir məlumata rast gəlirik: “Ailələrində hamının, o cümlədən Fatehin də gur və xoşagələn səsi vardı. O, Musiqili Komediya Teatrında xarakter və məsxərə surətlərini oynayırdı. Buna baxmayaraq aktyor istedadının bədii qəlibləri baxımından dramatik teatrın estetik prinsiplərinə yovuşumlu idi. Özü də bunu hiss edib 1946-cı ildə yenidən Akademik teatrın kollektivinə üz tutdu. Tərəddüdsüz truppaya daxil olan Fateh Fətullayev sənət ömrünü və həyat yolunu Milli Dram Teatrında başa vurdu”.
Fateh Fətullayevin kino rollarının uğurunun bünövrəsində də böyük sənət təcrübəsi durub. Buna görə də o, hər bir kino obrazının xarakterini dəqiq ştrixlərlə çatdırmağa müvəffəq olub. Dünya klassiklərinin, eləcə də yerli dramaturqların dram, komediya janrlı əsərlərində müxtəlif surətlər yaradan Fateh Fətullayev, əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, yüksək mədəni davranışına, intellektual qabiliyyətinə, səhnə yaraşığı verən xarici görünüşünə, şaqraq səsinə, personajların daxili aləmini həssaslıqla duyma bacarığına görə kinorejissorların diqqətindən yayınmayıb, müxtəlif janrlı 10-dan artıq ekran əsərində irili-xırdalı rollar yaradıb: “Aygün” bədii-televiziya filmində sovxoz direktoru, “Bir məhəllədən iki nəfər”də usta Əli, “İyirmialtılar” tarixi-inqilabi filmdə həkim, “Görüş” kinokomediyasında Quluzadə, “Qaraca qız” novellasında Hüseyn bəy, “Əsl dost”da müstəntiq, “Xatirələr sahili” sosial dramında vəzifəli şəxs və s. İstedadlı aktyorun “Ögey ana” psixoloji dramındakı Arif rolu ilə tamaşaçı qəlbində iz salması heç də təsadüfi deyil. Fateh Fətullayev kinoda digər rolları oynamasa belə, Arif obrazının vacib cəhətlərini üzə çıxartdığına, yüksək-mənəvi dəyərləri (rolun təfsirində) təbliğ etdiyinə görə yenə də milli kinomuzun simalarından biri kimi qəlbləri fəth edəcək, seviləcəkdi.
Görkəmli sənətkar 4 may 1983-cü ildə Bakı şəhərində vəfat edib.
Şəhla Əmirlikinoşünas
“Mədəniyyət” qəzeti



- 17:24 Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub
- 17:02 “Bir dahinin ömür yolu” adlı tədbir keçirilib
- 14:24 “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Salman Qəmbərovla görüş keçirilib
- 11:42 “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
- 11:36 Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb
- 11:27 “Mədəniyyət körpüsü” layihəsi Lerikdə
- 10:57 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş mühazirə - konsert keçirilib
- 10:55 Bu gün Xalq artisti Ramiz Zöhrabovun doğum günüdür
- 10:51 Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
- 09:53 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın doğum günüdür
- 09:48 Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
- 09:47 Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
- 09:15 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
- 09:12 Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək
- 14:13 Yazıçı-publisist Səyadulla Kərimlidən “Balalara töhfə”
- 12:29 “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub
- 09:45 Bakı Musiqi Akademiyasında klassik musiqi axşamı keçirilib
- 09:39 Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
- 09:28 Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib
- 09:26 Gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər
- 09:23 Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Axundova ilə görüş olub
- 09:15 Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
- 16:33 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
- 15:34 Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
- 12:09 "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
- 11:36 Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb
- 11:22 Bu gün Beynəlxalq Caz Günüdür
- 11:19 Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub
- 10:19 “Gözlərə nur saçan əllər” adlı tədbir keçirilib
- 10:11 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 09:55 Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olunub
- 09:25 Azərbaycan filmi 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq
- 09:21 ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib
- 09:19 Pantomim Teatrında “Müfəttiş” tamaşasının premyerası olub
- 16:52 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 16:12 “Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
- 15:02 Daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilib
- 14:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu
- 11:55 Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını Azərbaycan qazandı
- 11:10 “Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
- 10:55 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:52 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 10:16 Azərbaycanlı ifaçılar Özbəkistanda baxşı festivalında uğurla çıxış ediblər
- 09:55 “Elmi və Humanizmi birləşdirən fenomen Zərifə Əliyeva” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
- 09:51 Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib
- 09:41 Bu gün SSRİ Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 106 ili tamam olur
- 09:39 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- 09:34 “Bakı kainat boyunca” tamaşasının premyerası baş tutub
- 17:07 Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
- 15:17 “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 14:14 Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib
- 11:41 “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
- 11:39 Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb
- 11:27 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:20 Azərbaycanda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:18 Bu gün yazıçı Qılman İlkinin doğum günüdür
- 11:09 Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır