
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Xalq artisti Nəsibə Zeynalovanın doğum günü ilə əlaqədar "Güldürüb-düşündürən sənətkar Nəsibə Zeynalova" adlı videoçarx hazırlayıb.
Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub, tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze, tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova, tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", "Sevgilimin anası", Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.
Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:
https://www.instagram.com/tv/CN3twuJB26U/?igshid=1vgrfygp8l8vl
- 15:03 ICESCO-nun regional ofisində ilk seminar keçirilib
- 12:21 Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropa oxucularına təqdim olunub
- 11:07 Bu gün Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür
- 09:26 UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb
- 14:14 Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib
- 11:59 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında nümayiş olunacaq
- 11:29 Şəhid xatirəsinə ithaf edilən “Azad” romanı işıq üzü görüb
- 09:28 Vaqif Poeziya Günlərinin yolu Ağdamdan da keçdi
- 09:16 Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
- 16:46 Qaradağ rayon Heydər Əliyev Mərkəzində foto və kitab sərgisi açılıb
- 16:36 Bu gün Xalq artisti, Prezident mükafatçısı İlham Əsgərovun anadan olmasının 67-ci ili tamam olur
- 15:21 Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür