XƏBƏRLƏR
MƏLUMAT
“Gəl, Yarat!” Yaradıcılıq üzrə marafonun qalibləri müəyyən olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2023 17:20

1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunub.

Dekabrın 3-də marafonun final mərhələsi baş tutub və beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib.

Sonda münsiflər heyətinin qərarı ilə  aşağıdakı istiqamətlər üzrə komandalar qalib olaraq seçilib və mükafatlandırılıb.

  • Kino - “Alfa”
  • Teatr - “Səssiz”
  • Dizayn - “The last of us”
  • Videoqrafiya - “The pulse of innovator”
  • Animasiyada - “Ovsun”

“GƏL, YARAT!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasınının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə "Yaradıcı Həftə" çərçivəsində reallaşıb.

Baxış sayı: 202