
Almaniya musiqi nəşriyyatı “Sikorski Musicverlage”nin əsasını qoyan və uzun illər ona rəhbərlik edən professor Qans Sikorski deyib: “Firəngiz Əlizadə müsəlman dünyasının yeganə nümayəndəsidir ki, Avropa və Amerikanın konsert salonlarında və musiqi həyatında yüksək nüfuza malik bəstəkardır”. Onun bu fikirləri Almaniyada təşkil olunmuş konsertlərdə bir daha öz təsdiqini tapır. Belə ki, bu yaxınlarda Firəngiz Əlizadənin yeni əsəri - “Overcoming” (“Müqavimət”) Almaniyanın Bamberq, Münhen və Dortmund şəhərlərində Laxav Şaninin rəhbərliyi ilə böyük simfonik orkestrin ifasında səslənib. Dirijorların beynəlxalq müsabiqəsində I yer qazanmış Laxav Şani əfsanəvi Zubin Metanın varisi olaraq, dünyanın bir çox məşhur simfonik orkestrləri ilə çıxışlar edir.
AZƏRTAC xəbər verir ki, Firəngiz Əlizadənin Bamberq Symphoniker kollektivinin konsertlərində səslənən əsəri musiqi hadisəsi olmaqla yanaşı, həm də siyasi amilləri özündə ehtiva edir.
Konsertlərdə Azərbaycan bəstəkarının əsəri ilə yanaşı, yəhudi bəstəkarı Paul Ben-Haimin, həmçinin alman klassiki Anton Bruknerin möhtəşəm 7-ci simfoniyası da səsləndi. Belə ki, əsərlərin müxtəlif dövrlərdə və müxtəlif məkanlarda yazılmasına baxmayaraq, bu bəstəkarların hər biri öz musiqisi ilə dünyada sülhün, əmin-amanlığın əbədi olmasını arzulayır və ifadə edir.
Konsertlərdən əvvəl Bamberq və Dortmund şəhərlərinin rəsmi şəxsləri çıxışlarında Şərqin güclü təfəkkürünə malik görkəmli bəstəkarı Firəngiz Əlizadənin müasir dünya musiqi mədəniyyətinin inkişafındakı yeri haqqında danışıblar. Bildirilib ki, səslənən əsərlərin əsas mahiyyəti dünyada sülh və əmin-amanlığın musiqi vasitəsilə tərənnümü və bu əsərlərin cəmiyyətdə humanist ideyaların inkişafına mühüm təsiri ilə bağlıdır.
Xüsusi olaraq qeyd ediblər ki, bu əsərlərin bədii-estetik təsiri gələcək həyatımızda da insanların mənəvi zənginliyinin qorunmasına təkan verəcək. “Sanki bu əsərlər gələcəyə də bir mənəvi körpüdür”,-deyə natiqlər vurğulayıblar.
Silsilə konsertlərin davamı olaraq Firəngiz Əlizadənin “Oasis” və “Dance” əsərləri Monreal şəhərində Kanadanın məşhur “Molinari” kvartetinin ifasında səslənib.
Bütün konsertlər musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.


- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb