
Sentyabrın 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatı keçirilib. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə gerçəkləşib.
“Gənclik” nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli nəşrə hazırlayıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Tədbiri giriş sözü ilə professor Məhərrəm Qasımlı açaraq bildirib ki, Azərbaycan dövləti mədəniyyət və ədəbiyyatın inkişafına qayğı göstərir. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə yaradıcı təşkilatlara, o cümlədən Aşıqlar Birliyinə vəsait ayrılıb. Bu diqqət və qayğı ulu ozan sənətinin yaşadılması və təbliği sahəsində görülən işlərə əlavə stimul verib.
Aşıqlar Birliyinin sədri qeyd etdi ki, bu sənətin yaşadılmasına xidmət edən nəşr layihələri bundan sonra da davam etdiriləcək. Bildirilib ki, “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”nda 61 aşığın qısa tərcümeyi-halı və şeirlərindən nümunələr yer alıb. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) toplandığı nəşr bu sahədə tarixən mövcud olan ənənələrin bu gün də davam etdirildiyini təsdiq edir. Topluya daxil edilmiş şeirlərin poetik ruhunda el-yurd məhəbbəti, qəhrəmanlıq, dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.
Məhərrəm Qasımlı onu da vurğulayıb ki, uzun müddətdir üzərində iş gedən, təxminən 1500 səhifə həcmidə olan “Ozan-aşıq ensiklopediyası” tamamlanmaq üzrədir: “Ozan-aşıq sənəti ilə bağlı zəngin qaynaqları, elmi-nəzəri bilgiləri, portret oçerkləri, eləcə də arxiv sənədlərini, not yazılarını əhatə edən zəngin informasiyalı ensiklopediyanın ilin sonlarına qədər iki cilddə oxuculara təqdim olunması nəzərdə tutulur. İkinci bir dəyərli iş ozan-aşıq ədəbiyyatı ilə bağlıdır. 250 səhifədən ibarət olan bu kitab yaxın vaxtlarda işıq üzü görəcək. Aşıq Növrəs İmanla bağlı bir dastan da nəşrə hazırlanır. Bundan əlavə, XVII əsrdən üzü bəri Dərbəndli Zərnigar, Diləfruz və çağdaş Dərbənd el sənətkarlarının həyat və yaradıcılığı da araşdırılır”.
Ayrıca aşıq geyimlərinin hazırlandığını diqqətə çatdıran AAB-nin sədri dedi ki, bu geyimlər bir növ Azərbaycan bayrağını xatırladır: “Sazçı qızlar tavar, cürə, qoltuq sazlarla çıxış edəcəklər. Xanım aşıqlarla bərabər 25 kişi aşıq üçün də yeni geyim hazırlanıb. Həmçinin bölgələrdə fəaliyyət göstərən filiallarımızın filialları saz və müasir texnoloji vasitələrlə təmin edilməsinə çalışır”.
Çıxışının sonunda tədbir iştirakçılarına təşəkkürünü bildirən Məhərrəm Qasımlı dedi: “İnanıram ki, aşıqlarımız dövlətimizin bizə göstərdiyi bu dəstəyə uyğun olaraq sazımızı, sözümüzü, o cümlədən Azərbaycan dövlətçiliyinin adını həmişə uca tutacaq və həmişə məhəbbətlə tərənnüm edəcəklər”.
Sonra bədii hissəyə keçilib. Şeirləri topluda yer almış aşıqlardan əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva, Əhliman Şirvanlı, Ağamurad Şirvanlı, Haşım Qubalı, həmçinin tanınmış sənətkarlar Cabbar Laçınlı, Cahangir Quliyev, Qələndər Zeynalov, Qaracan Borçalı, Bəhmən Göyçəli və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu maraqlı ifalarla çıxış edib.
Səsləndirilən “Cəngi Koroğlu”, “Cəlili”, “Naxçıvangülü”, “Orta şəşəngi”, “Dübeyti”, “Şirvan müxəmməsi”, “Şahsevəni”, “Döymə Kərəmi”, “Aran gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Qaragöz”, “Güllü qafiyə”, “Yüngül Şərili”, “Göycəgülü”, “Paşaköçdü” və s. aşıq havaları tamaşaçıların alqışları ilə qarşılanıb.
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq
- 14:13 Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb
- 14:11 "Şah Abbas Namə" tamaşasının premyerasına son günlər
- 12:14 “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
- 09:40 “Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub