XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Mikayıl İsgəndərov
ÜMÜMİ XƏBƏRLƏR
10/02/2023 01:23

Mikayıl Vəkil oğlu İsgəndərov  10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olub. 2003-2014-cü illərdə E. Bayramov adına Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Mikayıl İsgəndərov 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2016-cı ilin oktyabr ayında hərbi xidmətdən tərxis olunub.

Mikayıl İsgəndərov 2020-ci ildən müddətdən artıq hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Mikayıl İsgəndərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçular ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mikayıl İsgəndərov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Baxış sayı: 143