
Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.
Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib.
Bununla da Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.
Oktyabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində bayram tədbiri keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurda qovuşmuş bir qrup Cəbrayıl sakini və media nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan "Zamanın qanadlarında. Cəbrayıl" adlı fotosərgidə Cəbrayılın fotoarxivdə qorunan təsvirləri ilə yanaşı, müasir mühiti, dirçələn həyatı əks olunub. "Yurdum. Cəbrayıl" adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlər nümayiş yer alıb. Burada Cəbrayılın mənzərələri, abidələri müəllif həllində verilib. Cəbrayıl xalça məktəbinin nümunələrindən ibarət sərgidə Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim olunur. Burada Cəbrayılın ənənəvi "Qasımuşağı", "Qaraqoyunlu", "Bəhmənli" və s. xalçaları nümayiş etdirilir. "İrsimiz. Ruhumuz. Xudafərin" adlı sərgi xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi olan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirən mühüm ticari, iqtisadi əhəmiyyətə malik abidədir. Körpülər Orta əsr Azərbaycan memarlığının mühüm elementlərini əks etdirir.
Sərgi boyu 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənir. Körpünün qədim tarixinin əks olunması ilə yanaşı, burada iştirakçı rəssamların özünəməxsus üslubu və tərzi də nümayiş olunur. 11 aşırım modelini qırmızı xətt qismində birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır.
Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin körpülərinin əhəmiyyətini də vurğulayır. Eyni zamanda sərgi məkanında qurulmuş xüsusi guşədə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin katibi şair-dramaturq İlqar Fəhminin ssenari müəllifi olduğu kompozisiyada, əsasən, Cəbrayıl rayonundan olan yazarların əsərlərindən istifadə edilib. Sərgilərlə tanışlıqdan sonra geniş konsert proqramı təqdim olunub.
Aparıcılar Vətən müharibəsi haqqında məlumat verib, 44 gündə qazanılan şanlı Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Sonra söz musiqiyə verilib. Ana yurdun tərənnümü əsasında qurulan proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı "Qarabağ” rəqsini, Xalq Çalğı Alətləri Orkestri Vasif Adıgözəlovun “Bayram süitası”nı, Əməkdar artist Yaqut Abdullayeva Bəhram Nəsibovun “Qarabağ” mahnısını, Əməkdar artist İlkin Əhmədov “Azərbaycan maralı” xalq mahnısını, aşıq Aqşin Tarıyeloğlu “Ovşarı” saz havasını, xanəndələr Vüsal Zamanov, Güllü Muradova və Rəvanə Qurbanova “Qarabağ şikəstəsi”ni, Əməkdar artistlər Gülüstan Əliyeva Məmmədbağır Bağırzadənin “Cəbrayıl”, Zahid Quliyev İbrahim Topçubaşovun "Dağlarda duman gözəldir” mahnılarını ifa ediblər. Konsertdə həmçinin müğənni Taleh Hüseynli Elnur Şahmarovun “Cəbrayılım”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Xalq artisti Azər Zeynalov Fikrət Əlizadənin “Vətənim”, Sona Əzizova “El bilir ki, sən mənimsən”, "Sazəndə” aşıqlar qrupu Dirili Qurbaninin “Bayatı-şikəstə”, Xalq artisti Samir Cəfərov Cavanşir Quliyev “Bura vətəndir”, “Renesans” uşaq xoru Rauf Hacıyevin “Azərbaycan”, Azərbaycan Dövlət Rəqs Ansamblı "Zəngəzur yallısı" rəqsini təqdim ediblər. Konsert proqramına Xalq artisti Mələkxanım Əyyubovanın ifasında Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə yekun vurulub. Bütün ifalar alqışlarla qarşılanıb. Günün ikinci yarısında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Qaraca qız", Azərbaycan Dövlət Akademik Musiqili Teatrı isə "Arşın mal alan" tamaşaları nümayiş etdiriblər.
Cəbrayıl Şəhəri Günü tədbirləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.
Təqdim olunan konsert və tamaşalar doğma yurdda yenicə məskunlaşan Cəbrayıl sakinləri və digər qonaqların könlünü oxşayıb.













- 17:33 Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
- 17:22 Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
- 16:06 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
- 14:55 Bakıda inklüziv rəqs tamaşasının premyerası olub
- 14:37 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib
- 10:51 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 10:39 “Qoğalın sərgüzəştləri” adlı nağıl-tamaşa nümayiş olunub
- 10:24 Xətai rayon Heydər Əliyev parkında konsert keçirilib
- 09:24 Muzey Mərkəzində “Sənin adın nədir” adlı sərgi açılıb
- 09:18 Bakıda “Daşları yığmaq vaxtıdır” kitabının təqdimatı olub
- 09:16 Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq
- 16:15 Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı olub
- 14:37 Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edilib
- 14:35 Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalına hazırlaşır
- 14:30 Azərbaycan ilk dəfə Çinin ən böyük televiziya və film bazarında təmsil olunub
- 12:32 Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Zəfərdən qələmə” pyes müsabiqəsi davam edir!
- 12:29 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
- 09:34 Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib
- 09:29 Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib
- 09:23 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üzrə nəzərdə tutulan attestasiyası başa çatıb
- 16:09 “Sirli dolça” – yeni kukla tamaşasının premyerası olacaq
- 15:18 Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə sərgi açılıb
- 14:23 Filarmoniyada Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib
- 14:19 Uşaq Kitabxanasında folklorla bağlı veblioqrafiya hazırlanıb
- 11:08 Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü konsert proqramı ilə qeyd olunub
- 09:34 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 87-ci ili tamam olur
- 09:17 Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
- 09:04 “Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib