XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq rəssamı Altay Hacıyevin anadan olmasının 93 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2024 17:43

Altay Hacıyev 1931-ci il aprelin 2-də Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olan Altay Hacıyevin əsərlərinin mühüm bir qismi xarici ölkələrdəki mötəbər muzey və qalereyalarda nümayiş etdirilir, şəxsi kolleksiyalarda saxlanılır. O, dəzgah və kitab qrafikası rəssamı kimi milli təsviri sənətin inkişafına töhfələr verib. Altay Hacıyev “Əməkdar rəssam”, “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Görkəmli rəssam 2019-cu ildə vəfat edib.

Baxış sayı: 135