XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/10/2025 10:29

Nurəddin Mehdixanlı 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.

1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vuraraq təyinatla Akademik Milli Dram Teatrına göndərilib və sentyabrın 1-dən aktyor truppasına işə götürülüb.

Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir.

Nurəddin Mehdixanlı 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Baxış sayı: 29