
Oktyabrın 2-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası və ADA Universiteti ilə əməkdaşlığı nəticəsində reallaşıb.
Sərginin mərkəzində Mirzə Qədim İrəvani, Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı, onların Azərbaycan mədəniyyətinə bəxş etdikləri müasir baxışları, maarifçilik ideyaları dayanıb.
Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, sərgidə təqdim olunan şəxsiyyətlər Azərbaycanda milli-mədəni kimliyin formalaşmasında misilsiz xidmətlər göstəriblər. Azərbaycanda ilk dram əsərləri, milli teatr, milli mətbuat, milli opera, dəzgah rəssamlığı və bir sıra digər istiqamətlər üzrə ilklər məhz bu şəxsiyyətlərin adı ilə bağlıdır.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxışında XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin ömür yolu və yaradıcılığından danışıb.
O qeyd edib ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Diqqətə çatdırılıb ki, bu sərgi Mirzə Qədim İrəvaninin əsərlərinin Avropada ilk təqdimatıdır.
Sərgidə, həmçinin Azərbaycan Milli elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Azərbaycan“ qəzeti (1918-ci il nüsxələri), “Məktəb“ jurnalı (1916-cı il nüsxələri) və “Babayi-Əmir“ jurnalı (1915-ci il nüsxələri) nümayiş olunub, həmçinin ADA Universiteti tərəfindən buraxılmış kitablar sərgilənib.
Sərgidə görkəmli şəxsiyyətlər barəsində audiobələdçi təqdim olunub və sərgi iştirakçıları mobil telefonlarda QR kod vasitəsilə müxtəlif dillərdə (Azərbaycan, alman, ingilis, türk və italyan) ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, sərgi oktyabrın 4-də Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsi çərçivəsində geniş ictimaiyyətə təqdim olunacaq.
- 18:23 “Heydər Əliyevin prezident seçilməsi: sabitlik və tərəqqi dövrü” mövzusunda mühazirə dinlənilib
- 16:40 “Tarixi seçim” mövzusunda dəyirmi masa keçirilib
- 14:41 “Müəllim ömrü- İşıqlı yol” adlı konsert proqramı təqdim edilib
- 14:32 “Tıq- tıq xanımın sərgüzəştləri” tamaşası nümayiş olunub
- 11:01 Yazıçı Vəli Həsənoğlunun “İldırım Dərəsi” adlı kitabının təqdimatı keçirilib
- 09:58 Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub
- 09:33 VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub
- 09:22 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərgi açılıb
- 09:09 “Bakıdan Dohaya: mədəniyyət həftələrinin təcrübəsi” adlı tədbir keçirilib
- 16:31 "Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunub
- 12:55 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə - 90” adlı ənənəvi kitab sərgisi açılıb
- 11:41 Tanınmış tarzən Zamiq Əliyevin yubileyi qeyd olunub
- 09:27 ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı
- 09:21 Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı daimi ekspozisiya açılıb
- 17:01 “Heydər Əliyevin xalqın rifahı üçün həyata keçirdiyi böyük xidmətləri” adlı mühazirə keçirilib
- 16:29 XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib
- 11:58 “Müdrik ömür, dəyərli gələcək” adlı tədbir keçirilib
- 10:53 “Poeziya Xəzrisi” respublika bədii qiraət müsabiqəsi elan edilir
- 09:10 XI Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək
- 17:42 Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə elan olunur
- 16:38 Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb
- 16:34 Serbiya ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
- 16:02 “Sərhədsiz incəsənət” sərgisi Azərbaycan və xarici rəssamların əsərlərini təqdim edir
- 15:37 Suraxanı rayon Heydər Əliyev Mərkəzi açıq dərs təşkil edib
- 11:22 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində virtual sərgi hazırlanıb
- 10:55 Bəxtiyarşünaslığa qiymətli töhfə
- 09:06 Barselonada UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransının rəsmi açılış mərasimi keçirilib
- 16:41 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib
- 16:40 Əməkdar artist Cabir İmanov vəfat edib
- 14:22 Mədəniyyət naziri Adil Kərimli “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib
- 12:34 Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi “Koroğlu” operasının yeni quruluşda təqdimatı ilə yadda qalıb
- 12:06 Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib
- 09:23 Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq
- 09:18 Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert-tamaşa təşkil edilib
- 09:14 27 Sentyabr-Anım Günüdür
- 17:22 “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” mövzusunda beynəlxalq forum keçirilib
- 16:37 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
- 16:34 “Ədəbiyyatımızın yaddaşında yaşayan imza” adlı tədbir təşkil edilib
- 14:24 Bakıda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik konsert keçirilib
- 14:18 Minskdə “Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi açılıb
- 10:43 27 Sentyabr – Anım Gününə həsr edilən tədbir keçirilib
- 09:39 Nəsimi festivalının sonuncu günü Bakının tarixi məkanlarını əhatə edib
- 17:13 Berlin Filarmoniyasının solistlərinin Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olunub
- 17:11 Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş olub
- 16:57 “Anım Günü – Zəfər tariximizin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib
- 16:49 “İgid vətən övladları" adlı tədbir keçirilib
- 15:00 “Unudulmazlar” adlı tədbir keçirilib
- 14:55 “Qəlbimizdə yaşayanlar!” adlı tədbir keçirilib
- 14:27 Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti
- 12:02 “Elm və təhsilimizin himayədarı kimi Heydər Əliyevin gördüyü işlər” adlı mühazirə keçirilib
- 10:00 Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb
- 09:55 Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub
- 09:51 Mahnı Teatrı Üzeyir Hacıbəyli festivalı çərçivəsində musiqili-teatral kompozisiya təqdim edib
- 16:47 “Milli musiqimizin dahisi” adlı sənədli film nümayiş olunub
- 14:42 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:15 Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 12:47 “Milli Musiqimizin Memarı” adlı konsert keçirilib
- 09:12 Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri uğurla yekunlaşıb
- 09:09 Bakıda 8-ci türk film günləri keçiriləcək
- 09:05 Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi