XƏBƏRLƏR
MƏLUMAT
“Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 15:26

28-29 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Qazaxıstan Respublikasının  “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondu və Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə keçirilib.

Müsabiqədə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan istedadlı uşaqlar iştirak ediblər. İştirak edənlər əsasən İncəsənət Gimnaziyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin, Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Bakı və Sumqayıt Musiqi Kolleclərinin, Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagird və tələbələri idi.

Müsabiqədə Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin “Qarabağ” fortepiano ansamblı, Fikrət Əmirov adına 6 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Sabir Quliyev, 4 nömrəli Uşaq Musiqi Məktəbinin “Rubato” fortepiano ansamblı, İncəsənət Gimnaziyasının şagirdi Fərid Zeynalov , Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi  Rövşanə Quliyeva, “Sənət” Uşaq  Musiqi və İncəsənət Mərkəzinin rəqs qrupu Qran Pri mükafatlarına, müxtəlif nominasiyalar üzrə çıxış edən digər iştirakçılar isə I,II,III dərəcəli Diplomlara layiq görülüblər.

Baxış sayı: 276