
İyunun 27-si saat 21.00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle layihəsi çərçivəsində Almaniyanın Köln şəhərində yaşayıb-yaradan həmyerlimiz, gənc və istedadlı pianoçu Toğrul Hüseynlinin canlı onlayn konserti olacaq.
Toğrul Hüseynli 1994-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərən Toğrulu valideynləri 2 yaşında Oqtay Zülfüqarovun “Aysel” Uşaq Teatrına gətirirlər, onun istedadını yüksək qiymətləndirən Xalq artisti Oqtay Zülfüqarov Toğrulu Teatrın solisti seçir. Uşaq yaşlarında vokalla məşğul olan Toğrul bu illər ərzində dəfələrlə konsert proqramlarında çıxışlar edib, azyaşlı olmasına baxmayaraq davamlı olaraq böyük səhnələrdə müvəffəqiyyətlə özünü göstərə bilib.
Fortepiano ilə ilk tanışlığı 4 yaşı olarkən, Bakı Musiqi Akademiyasının nəzdində Pedoqoji hazırlıq kafedrasında olub. Burada iki il ilkin hazırlıq keçən Toğrul, 2000-ci ildə qəbul İmtahanlarını uğurla verərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə fortepiano ifaçılığı üzrə qəbul olub. Təhsil illərində bir çox respublika və beynəlxalq müsabiqələrdə çıxışlar edib, laureat adını qazanıb. Toğrulun beynəlxalq təcrübəsi 2011-ci ildə Almaniyanın Köln Ali Musiqi Məktəbinə qəbulu ilə daha da genişlənib. Almaniyada yaşadığı illərdə Toğrul, böyük beynəlxalq müsabiqələrdə çeşidli uğurlara imza atıb. Toğrul 2014, 2015 və 2017-ci illərdə İspaniyada keçirilən Pianoçuların Las Rozas, Ferrol və Granada Beynəlxalq Müsabiqəsində 2-ci dərəcəli mükafata layiq görülərək, ölkəsinin adını Avropa musiqi arenalarında layiqincə təmsil edib.
Toğrul Avropa və Azərbaycan səhnələrində mütəmadi olaraq çıxış edir. Hər il Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Solo Konsert proqramı ilə çıxış edən Toğrul, həmçinin Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalındada ifaları ilə tamaşaçıların yaddaşında dərin izlər qoyur.
Avropanın ən məşhur səhnələrindən - Berlin Konzerthaus, Amsterdam "Concertgebouw" Filarmoniyası, Ştutqart - Liederhalle, Münhenin Herkulessaal və sair yerlərdə solo və orkestrin müşayiəti ilə çıxışlar edən Toğrul, öz konsert fəaliyyətini uğurlu şəkildə davam etdirir.
Təhsil aldığı Köln Ali Musiqi Məktəbinin bakalvr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirən Toğrul Hüseynli, həmçinin dünyaca məhşur Motsarteum Universitetinin doktorantura pilləsini də əla qiymətlərlə başa vurub. Toğrul Hüseynli 2017-ci ildən təhsil aldığı Köln Ali Musiqi Məktəbində və həmçinin 2019-cu ildən Brühl şəhər Musiqi və İncəsənət Məktəbində dosent vəzifəsində çalışır.
Konsert Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin @bakimedeniyyetidaresirəsmi “instagram” hesabı üzərindən canlı yayımlanacaq.
- 15:03 ICESCO-nun regional ofisində ilk seminar keçirilib
- 12:21 Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropa oxucularına təqdim olunub
- 11:07 Bu gün Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür
- 09:26 UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb
- 14:14 Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib
- 11:59 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında nümayiş olunacaq
- 11:29 Şəhid xatirəsinə ithaf edilən “Azad” romanı işıq üzü görüb
- 09:28 Vaqif Poeziya Günlərinin yolu Ağdamdan da keçdi
- 09:16 Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
- 16:46 Qaradağ rayon Heydər Əliyev Mərkəzində foto və kitab sərgisi açılıb
- 16:36 Bu gün Xalq artisti, Prezident mükafatçısı İlham Əsgərovun anadan olmasının 67-ci ili tamam olur
- 15:21 Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür