XƏBƏRLƏR
MƏLUMAT
Bakı Kamera Orkestri Qara Qarayevin “İldırımlı yollarla” baleti müsiqisi ilə #senetinledestekle challenge-inə qoşulub
ÜMÜMİ XƏBƏRLƏR
30/03/2020 04:33

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri dünyaşöhrətli bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən bir hissəni ifa edərək #senetinledestekle challenge-inə qoşulub.

Videoçarxın əsas mahiyyəti isə “Güc birlikdədir”, ayrı-ayrı yerdə yaşasaq və yaratsaq da, Vətənimizə, xalqımıza, dünyamıza xidmət edərək bir orkestr halında birləşməyə və dövlətimizi dəstəkləməyə hər zaman hazır olduğumuzu nümayiş etdirməkdir. Dahi bəstəkar Qara Qarayevin “İldırımlı yollarla” baletindən möhtəşəm musiqi isə bu ağır günlərdə istənilən çətinlikləri birləşərək dəf edib sağlam, açıq yollarla yeni uğurlara doğru irəliləmək əzmimizin ifadəsidir.

2011-ci ildən fəaliyyətə başlayan "Baku Chamber Orchestra” – Bakı Kamera Orkestrinin bədii rəhbəri BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

 

 

Baxış sayı: 299