XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı rəssamın əsərləri Parisdə beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunur
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 15:58

Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan Nigar Nərimanbəyovanın əsərləri beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunur. Artıq üç ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər nəvəsinə həsr etdiyi “Tariel - balaca Harri Potter” adlı yeni rəsm əsərini də sərgiləyib.

Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D'OR” ali mükafatına layiq görülüb.

“ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nüfuzlu peşəkar incəsənət sərgisidir. Sərgi fevralın 18-dək davam edəcək.

Baxış sayı: 155