
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim edib. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olması bir həqiqətdir. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Xalqın təkidli tələbi ilə dağılmaqda olan dövlətin sükanı arxasına keçən, onu təlatümlərdən qoruyaraq aydınlığa çıxaran Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, faciələrdən qorudu, ölkəni sabitliyə, iqtisadi inkişafa və tərəqqiyə çıxardı. Çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi.
Ötən əsrin 90-cı illərindən başlayaraq daxili və xarici qüvvələr Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş görürdülər. Belə bir çətin vaxtda Ulu Öndərimizin hakimiyyətə qayıdışı və Dahi Liderin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələrin ləğv edilməsi ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaratdı. Böyük nüfuza və şöhrətə malik olan siyasi xadim Azərbaycanda inkişafın təməlini qoydu. Siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.
Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki anarxiyaya, xaosa son qoyuldu, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qayıtdı. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alındı, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olundu, inflyasiyanın səviyyəsi minimal həddə endirildi. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb oldu. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın inkişaf etdirilməsi prinsipinə söykənir.
“Əsrin müqaviləsi” yeni enerji müqavilələrinin, enerji dəhlizlərinin, neft-qaz sektorunda mühüm hadislələrin baş verməsinə səbəb oldu. Neft strategiyasının əsas başlıca prinsiplərindən biri neft gəlirlərin ədalətli bölgüsü və şəffaflığın təmin edilməsidir. Bu məqsədlə 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunun fəaliyyəti ölkəmizdə neft vəsaitlərinin ədalətli bölüşdürülməsi konsepsiyasının nə qədər düzgün olduğunu təsdiqləyir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın milli gəlirlərinin artması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasında da mühüm rol oynayıb. Azərbaycanı qurtuluşa aparan yol çox çətin olub. Çətin sınaqlar bəzilərini mübarizədən kənarlaşdırsa da, xalqının gələcəyini düşünən, dövlətçiliyin bərpasını qarşısına ən böyük amal, məqsəd kimi qoyan Ulu Öndər Heydər Əliyev heç bir çətinlikdən qorxmadı, geri çəkilmədi, təkcə özünün yox, ailəsinin, yaxınlarının həyatını təhlükəyə ataraq Azərbaycanı qorudu, xalqı bəlalardan xilas etdi.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Ulu Öndər hər zaman öz xalqına arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib, ən ağır məqamlarda xalqımız əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlətçiliyi, xalqın və dövlətin maraqlarını qoruyacaq və ən düzgün qərarlar verəcək. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayıb və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin edib. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib.
Bəli, Heydər Əliyevin böyüklüyü, dahiliyi, uzaqgörənliyi xalqı çətinliklərdən, xaosdan çıxara bildi. Baxmayaraq ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti çaşqın vəziyyətdə idi, buna baxmayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ümidlənmişdi. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, nizami ordu yaradıldı. Bu da torpaqlarımızın işğaldan azad edilməsində ən mühüm amil oldu. Eləcə də, ölkədə idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməlini möhkəm özüllər üzərində qurmağı bacardı.
Hazırladı: Qaradağ rayon Heydər Əliyev Mərkəzinin
Baş Fond müdiri Nəcəfova Leyla
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 09:27 “ƏSA” Teatrından növbəti yenilik: hibrid tamaşa
- 17:33 Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
- 17:22 Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
- 16:06 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
- 14:55 Bakıda inklüziv rəqs tamaşasının premyerası olub
- 14:37 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib
- 10:51 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 10:39 “Qoğalın sərgüzəştləri” adlı nağıl-tamaşa nümayiş olunub
- 10:24 Xətai rayon Heydər Əliyev parkında konsert keçirilib
- 09:24 Muzey Mərkəzində “Sənin adın nədir” adlı sərgi açılıb
- 09:18 Bakıda “Daşları yığmaq vaxtıdır” kitabının təqdimatı olub
- 09:16 Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq
- 16:15 Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı olub
- 14:37 Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edilib
- 14:35 Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalına hazırlaşır
- 14:30 Azərbaycan ilk dəfə Çinin ən böyük televiziya və film bazarında təmsil olunub
- 12:32 Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Zəfərdən qələmə” pyes müsabiqəsi davam edir!
- 12:29 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
- 09:34 Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib
- 09:29 Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib
- 09:23 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üzrə nəzərdə tutulan attestasiyası başa çatıb
- 16:09 “Sirli dolça” – yeni kukla tamaşasının premyerası olacaq
- 15:18 Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə sərgi açılıb
- 14:23 Filarmoniyada Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib
- 14:19 Uşaq Kitabxanasında folklorla bağlı veblioqrafiya hazırlanıb
- 11:08 Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü konsert proqramı ilə qeyd olunub
- 09:34 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 87-ci ili tamam olur
- 09:17 Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
- 09:04 “Aktyorluğu öyrən” layihəsində diplom tamaşaları təqdim olunub
- 17:28 “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub
- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib