XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Milli Kulinariya Mərkəzi müsabiqə elan edib
ÜMÜMİ XƏBƏRLƏR
20/06/2022 08:06

Azərbaycan Milli Kulinariya Mərkəzi “streetfood” yeməyi üzrə müsabiqə elan edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycanda “streetfood” (küçə yeməyi) ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəminində müasir, tez hazırlanan, sağlam və kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.

Küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.

Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.

Əlavə məlumat əldə etmək üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Baxış sayı: 182