XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan İnşaatında Heydər Əliyev İrsi” mövzusunda elmi-praktiki konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2023 01:16

Aprelin 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə  həsr  olunmuş “Azərbaycan İnşaatında Heydər Əliyev İrsi” mövzusunda elmi-praktiki konfrans  keçirilib.

Qonaqlar Mərkəzin Muzey bölməsində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra Azərbaycan  Respublikasının  Dövlət  Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans zamanı dünyamiqyaslı siyasətçi olan Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərindən danışılıb və “Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev məktəbinin əvəzsiz rolu” adlı mühazirə dinlənilib.

Baxış sayı: 237