XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evi Novruz şənliyi təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2024 16:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evinin təşkilaçılığı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda Novruz şənliyi keçirilib.

Şənlikdə çıxış edənlər bayram münasibəti ilə hər kəsi təbrik edərək, xoş arzularını bildiriblər. Qeyd olunub ki, Novruz xalq bayramıdır və yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra mədəniyyət evinin  bədii özfəaliyyət kollektivinin üzvləri musiqi nömrələri ilə çıxış ediblər. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl isə maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Baxış sayı: 296