XƏBƏRLƏR
MƏLUMAT
“20 Yanvar Şəhidi” Səxavət Məmmədovundoğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2022 01:16

Səxavət Məmmədov 1958-ci ilin 21 aprel tarixində Bakı şəhərində anadan olub. Bakıdakı 4 nömrəli avtonəqliyyat dəstəsində sürücü işləyib. 2 uşağı qalıb.

O, yanvarın 19-dan 20-nə keçən gecə axşam saat 23-də evə gəlib. Çörək yeyib geri qayıdıb. Daha evə gəlməyib. Səhər maşını Qədirli adına xəstəxananın yanından tapılıb. Səxavətin meyidi də Qədirli adına xəstəxanadan tapılıb. Xəstəxanaya gətiriləndə artıq o, ölübmüş, Digah kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Baxış sayı: 345