XƏBƏRLƏR
MƏLUMAT
20 Oktyabr – Energetiklər Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/10/2021 01:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə bayramı kimi qeyd edilir. Məqsədyönlü enerji siyasəti dövlətin milli təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafında çox mühüm əhəmiyyətə malikdir.

Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilib. Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik enerjisi üzrə proqramlar hazırlanaraq uğurla icra edilir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaradıb. Ordenli-titullu mütəxəssislər gələcəkdə estafeti gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə edə biləcək gənc energetiklər nəslinin yetişdirilməsinə də xüsusi diqqət və qayğı göstərirlər.

Baxış sayı: 397