XƏBƏRLƏR
MƏLUMAT
13 fevral Beynəlxalq Radio Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/02/2024 09:26

Radio bir əsrdən artıq insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayan kütləvi informasiya vasitələri arasında çox geniş yayılmış və Yer kürəsi əhalisinin 95 faizini əhatə etməkdədir. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir.

Beynəlxalq Elektron Rabitə İttifaqının məlumatına görə, dünya əhalisinin 75 faizi ən azı bir radioqəbuledicidən istifadə edir. Bunu nəzərə alaraq, UNESCO-nun Baş Assambleyası hər il fevralın 13-nün Beynəlxalq Radio Günü kimi qeyd olunması haqqında qərar qəbul edib.

UNESCO-nun baş direktoru İrina Bokova Beynəlxalq Radio Günü münasibətilə müraciətində bildirib ki, radio geniş auditoriyanı əhatə etməklə yanaşı, informasiya sahəsində cəmiyyətimizin əsas tərkib hissələrindən birinə çevrilib. Müstəqil, azad və plüralist radio sağlam cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Baxış sayı: 118