XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə İlahiyyat İnstitutu tərəfindən kitablar hədiyyə olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/08/2019 07:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən xeyli sayda qəzet, “Din araşdırmaları jurnalı” və “”İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları Tezislər)” toplusu hədiyyə edilib.

Baş redaktoru Ceyhun Məmmədov, elmi redaktoru Aqil Şirinov olan tezislər toplusu və jurnal “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində nəşr olunub. Məqalələr üç – Azərbaycan, türk və ingilis dillərində verilib.

“Din araşdırmaları jurnalı”nda Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaşlıq kafedrasının baş müəllimi Asəf Qənbərov, prorektor, Dinşünaslıq kafedrasının müəllimi Aqil Şirinov, dosent Şahin Əhmədoğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Təhsil şöbəsinin müdiri Rüfət Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azəri-Türk Qadınlar, Azərbaycan-Türkiyə Evi İctimai birliklərinin sədri Tənzilə Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı və magistrların məqalələri dərc edilib.

“”İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)” toplusu Qafqazda İslam sivilizasiyasının elm, incəsənət,musiqi, memarlıq, təsəvvüf  kimi zəngin mirasının müxtəlif aspektlərini özündə əks etdirir. Qafqazda İslam sivilizasiyasının araşdırılmasına həsr edilmiş bu Beynəlxalq Simpozium ondördəsrlik mədəni mirasın yenidən hərtərəfli tədqiqi istiqamətində mühüm bir töhfədir.

“İlahiyyatçı” qəzetində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğıdan, İlham Əliyevin siyasi fəaliyyətindən, yazarlarla görüşdən, tələbələrin şəhid ailəsini ziyarət etməyindən bəhs edilib və dünya ədəbiyyatından seçmə şeirlər yer alıb.

 

Baxış sayı: 5549