O, həmin dövrdə Bakının yaxın kəndlərindən olan Xırdalanda doğulub. 1924-cü ilin soyuq bir qış günündə - dekabrın 10-da, yoxsul kəndli Ələkbər kişinin ailəsində... 2007-ci ilin yanvar ayında - yenə soyuq bir qış günündə Bakıda vəfat edib. Amma Azərbaycan poeziyasına bir bahar müjdəsi gətirib Nəbi Xəzri.
İlk şeirini 1940-cı ildə qələmə alıb. Onda 16 yaşı vardı. Şeirin adı "Günəş" idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işıq saçıb.
Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək mümkündür. Onun poeziyası son yetmiş beş ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin dünyaya tanınmasında Nəbi Xəzrinin də özünün və əsərlərinin payı var.
Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, incə, məhəbbət dolu lirikası yenə öz hərarətini bizdən əsirgəmir.
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım!
Azərbaycan poeziyasında Vətənə aid yüzlərlə, minlərlə şeirlər yazılıb və yazılacaq, çünki "Vətən əcdadımızın mədfənidir" (A.Səhhət). Amma Nəbi Xəzrinin bu misraları nə qəsidədir, nə marşdır, nə də mədhiyyə, bu, Vətən sevgisinin ən poetik və mükəmməl ifadəsidi.
Azərbaycan poeziyasında yüzlərlə, minlərlə sevgi şeirləri yazılıb, yazılır və yazılacaq. Dünya ədəbiyyatına Nizami, Füzuli, Nəsimi kimi eşq mücahidləri bəxş etmişik. Qurbani, Tufarqanlı, Vaqif, Zakir, Ələsgər, Sarı Aşıq kimi gözəllik, sevgi aşiqləri əsrlərdir ki, bizi məhəbbətin ülviliyinə səsləyirlər. Nəbi Xəzri də bu missiyanı XX əsrdə davam etdirən şairlərdən biri idi.
Azərbaycan poeziyasında təbiətə, onun gözəlliklərinə yüzlərlə, minlərlə şeirlər həsr edilib. Nəbi Xəzrinin şeirlərində də təbiətin öz ətri, öz rəngi, öz duyumu var. Rus şairi Yeqor İsayev yazırdı ki: "Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından, havadan, buluddan canlı şəkildə gəlir".
Nəbi Xəzrinin təbiət lirikasında Dağ, Dərə, Çinar, Kəhkəşan, Çay, Xəzər poetik simvola çevriliblər. Təbiətin harmoniyadan ibarət olduğunu, poeziyanın da təbiətin təbii davamına çevrilməsini, insanla təbiətin ən böyük birliyini Nəbi Xəzri poeziyasında da daha aydın hiss edirik. Nəbi Xəzri poeziyasında İnsan, Təbiət, Sevgi vəhdət halındadır.
Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.
Çəmən olsan, əgər sən,
Sərin yağış çilərəm.
Əgər dənizə dönsən,
Sahilə çevrilərəm.
Vaxtilə ustad tənqidçi Məmməd Arif yazmışdı ki: "Nəbi Xəzrinin öz poetik aləmi - məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o, özü yaratmışdır və ona sadiqdir.
Bu poetik aləm çox zəngin mənəvi aləmin-ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır.
Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.
Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin, insan qəlbinin, sevgisinin, insani inamın gözəlliyini gətirmişdir".
Dəniz, Göy, Məhəbbət şairi Nəbi Xəzri keçən əsrin doxsanıncı illərində birdən-birə o lirik, həzin lirik şeirlərdən zamanın acı küləklərinin əsdiyi bir ovqata köklənib. Dünya dəyişirdi, Azərbaycanın başı üstünü qara buludlar almışdı, xain qonşularımız rus imperiyasının dəstəyilə torpaqlarımızın bir qismini işğal etmişdi, onun arxalandığı Kommunist Partiyası isə artıq tarixin qara səhifələrinə çevrilirdi.
Nəbi Xəzri o illərdə "Qəm dəftəri", "Zaman çıxsa məcrasından", "Xəzan yarpaqları" kitablarını çap etdirib və o kitablarda olan şeirlərə diqqət yetirsək, görəcəyik ki, şair məmləkətimizdə baş verən hadisələrin heç birinə biganə qalmayıb. Vaxtilə - Sovet Azərbaycanının xarüqələrini, Milini, Muğanını, Qarabağını, göy Xəzərini, əmək bahadırlarını vəsf edən Nəbi Xəzrini indi müstəqil Azərbaycanın taleyi düşündürürdü.
...Nəbi Xəzri təkcə Dəniz, Göy, Məhəbbət şairi deyildi. O, bu yurda, bu torpağa, bu məmləkətə, onun qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə, həm də Dədə Qorqud dünyasına bağlı bir şairdi. "Əfsanəli yuxular" poemasında, "Torpağa sancılan qılınc" pyesində o, Dədə Qorqud dastanlarına müraciət edib, qədim-mifik tariximizə müasir dünyamızdan boylanıb. N.Xəzri türk bahadırı Atilla və onun igidliyi haqqında poema yazıb, dinimizin, islamçılığın yaradıcısı Məhəmmədi "Peyğəmbər" əsərində mədh edib.
O, Qarabağ müharibəsində amansızlıqla qətlə yetirilən Salatın Əsgərova haqqında bir elegiya-poema yazıb. Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası idi. "Ana", "Bacı", "Ömür yoldaşı" poemaları təkcə Anası, Bacısı, Ömür yoldaşı haqqında yazılmayıb, Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər idi bunlar.
O, həm də dramaturq, nasir və publisist idi. Nəbi Xəzri tarixin və yaşadığı dövrün həqiqətlərini təkcə şeir və poemalarında deyil, "Sən yanmasan", "Əks-səda", "Mirzə Şəfi Vazeh", "Torpağa sancılan qılınc", "Burla Xatun" pyeslərində, "Heykəlsiz abidə", "Miras" povestlərində də əks etdirib.
Nəbi Xəzri dramaturgiyasında olduğu kimi publisistikasında və ədəbi düşüncələrini ifadə edən məqalələrində də ŞAİR idi. Yəni bu yazılarında da poeziyasına məxsus obrazlı ifadələrdən, bədii təsvir vasitələrindən istifadə edib. Amma belə yazılarda tanınmış bir Azərbaycan şairinin hadisələrə obyektiv, ciddi mövqeyi də aydın duyulub. Ritorika yox, emosionallıq, hiss-həyəcan hakim idi bu yazılara. "Doqquz gün, doqquz gecə", "Missisipi axan yerdə", "Şimal qutbünün astanasında" publisistik yazıları İran, Amerika və İslandiya səfərlərindən sonra yazılıb.
O, müasirliklə, dövrün həqiqətləri ilə nəfəs alan, İNSANı - quran, yaradan, düşünən, böyük arzularla yaşayan İnsanı vəsf edib. Bu insan sırf milli-bəhəri duyğularla yaşayan, öz şanlı keçmişilə fəxr edən soydaşımız idi.
Nəbi Xəzri görkəmli ictimai xadim idi. Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi.. bunlar onun halallıqla qazandığı mükafatlar, fəxri adlar idi. Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio və Televiziya Verilişləri komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr cəmiyyəti rəyasət heyətinin sədri - bir sözlə, ömrünün çox hissəsini də vəzifədə olub.
Beləliklə, xoşbəxt taleli sənətkar idi Nəbi Xəzri.
Vaqif YUSİFLİ,
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.20.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub