
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Molla Vəli Vidadi yaradıcılığını təqdim edir.
Azərbaycan ədəbiyyatının yeni dövrü 17-ci əsrdən başlayıb 20-ci əsrin əvvələrinə kimi bir dövrü əhatə edir. Bu dövrdə aşıq şeirinin güclü inkişafı, çoxsaylı dastanların yaranması, yazılı ədəbiyyatın, xüsusulə poeziyanın xəlqiləşməsi ilə xarakterizə edilir. Bu isə özlüyündə 17-18-ci əsrlər Azərbaycan ədəbiyyatını intibah dövrü kimi səciyyələndirməyə əsas verir.
18-ci əsr Azərbaycan yazılı ədəbiyyatının xarakterik xüsusiyyətləri özünü Molla Vəli Vidadi və Molla Pənah Vaqifin yaradıcılığı timsalında daha aydın göstərir. Əsərlərini lirik növün klassik və xalq-aşıq şeiri janrlarında yazmış Molla Vəli Vidadi(1707-1808)daha çox qəm, kədər şairidir. Dövrün, zamanın ictimai-siyasi problemlərindən irəli gələn Vidadi kədəri dərin ictimai məzmun daşıyır. O, “Könlümü” rədifli qoşmasında qəm, kədər şairi olmasını məhz yaralı şair olması ilə izah edir:
Ey həmdəmim, səni qanə qərq eylər,
Gəl tərpətmə yaralanmış könlümü.
Şairin yaşadığı dövrdə dərəbəyliyin doğurduğu fəlakətlər “Müsibətnamə” mənzuməsində ətraflı əks olunub. Vidadinin “Durnalar” rədifli qoşması çox məşhurdur. Eyni rədifli qoşmaya M.P.Vaqifin və Q.Zakirin yaradıcılığında da rast gəlirik.
Vidadi ilə Vaqifin məşhur “Ağlarsan” rədifli deyişmələri həm ideya və məzmunca, həm də sənətkarlıq səviyyəsinə görə ədəbiyyatımızın dəyərli nümunələrindəndir. Bu deyişmədə hər iki sənətkarın həyata baxışı, xarakterlərindəki özünəməxsusluqlar: Vidadinin təbiətən bədbin, Vaqifinsə nikbin bir insan olması aydın ifadəsini tapıb.
Gəl danışma müxəmməsdən,qəzəldən,
Şeiri-həqiqətdən, mədhi-gözəldən.
Sənin ki halını billəm əzəldən,
Elə deyib canan, dilbər, ağlarsan.
Vidadi ilə Vaqif dostluğu ədəbiyyat tariximizdə qələm dostluğunun parlaq təcəssümüdür. Xalq şairi S.Vurğun “Vaqif” dramında bu dostluğu sənətkarlıqla əks etdirib.


- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq