XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Mirzə Ələkbər Sabirə həsr olunan videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2021 07:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycan mütəfəkkiri Mirzə Ələkbər Sabirə həsr olunan videoçarx hazırlayıb.

Yeni dövr dünya ədəbiyyatının şöhrətli simalarından olan Sabir Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vidadi, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatıb.

Sabirin “Hophopnamə” adı ilə tanınan şeir kitabı realist ədəbiyyatımızın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsidir. Sabir türk xalqları arasında tək-tək şairə nəsib olan şan-şöhrət sahibidir.

“Molla Nəsrəddin” ədəbi məktəbinin başçılarından biri kimi o, Azərbaycanla birlikdə Şərqin bir çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir göstərib, orijinallığı, böyük fikri-estetik qüvvəsi ilə seçilən poeziya məktəbi yaradıb. Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.instagram.com/p/CPf3Na8nXmz/?utm_medium=copy_link

Baxış sayı: 114