XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış rəqqasə Fatimə Fətəliyeva ilə görüş təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/09/2024 19:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında “Qonağımız var” layihəsi çərçivəsində tanınmış rəqqasə Fatimə Fətəliyeva ilə görüş keçirilib.

Sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə təşkil edilmiş konsertdə şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları,ictimaiyyət nümayəndələrivə sakinlər iştirak ediblər.

Aparıcı konserti açıq elan edərək, sevilən rəqqasəni səhnəyə dəvət edib.

Konsertdə Fatimə Fətəliyeva müxtəlif rəqs nömrələri iləçıxış edib. Konsert zamanı “Səma” rəqs ansamblının rəqsləridə göz oxşayıb.

Baxış sayı: 110