Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünya görüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun vəfatından 50 il ötüb.
Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişib. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayıb. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edib.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edib. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazıb.
İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.
S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.
1946-cı ildə II simfoniya meydana çıxıb. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunub. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edib.
1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilib.
Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirib. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarıb.
1950-ci illərdə bəstəkar Bolqarıstanvə keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqarsüitası” və “Çexrəqsi” əsərlərinibəstələyib. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişib.
Zaman keçəcək, görkəmli bəstəkarın ölməz əsərləri, yaratdığı musiqi irsi daima öz populyarlığını qoruyacaq və xalqımızın musiqi kimliyini dünya arenasında qürurla tanıdacaq.
- 17:25 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 17:04 MEMİM “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi təşkil edib
- 16:03 “Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub
- 14:21 Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib
- 14:19 Bakıda Kəlağayı festivalı keçiriləcək
- 12:40 “Təbiətə valeh olanlar” beynəlxalq layihəsi uğurla davam edir
- 12:23 Gənclər Kitabxanasında antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:38 Bu gün görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun anım günüdür
- 10:30 Milli Musiqi Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 09:40 Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü qeyd olunub
- 09:32 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb
- 09:23 Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb
- 18:13 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 17:29 Ankarada Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert olacaq
- 16:34 Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib
- 16:06 “Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb
- 15:15 Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
- 15:12 “Ulduz” jurnalının sentyabr nömrəsi Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub
- 15:09 Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti olub
- 14:17 Milli Musiqi Gününə töhfə olaraq Vikipediyada Üzeyir Hacıbəyli haqqında türk dilində səhifə istifadəyə verilib
- 14:15 Gənclər Kitabxanasında akademik Nizami Cəfərova həsr edilmiş virtual kitab sərgisi hazırlanıb
- 14:13 Üzeyir Hacıbəylinin ev-muzeyi ziyarət edilib
- 12:24 Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb
- 12:18 Kitabxanaya “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqalə təqdim olunub
- 11:34 Polad Bülbüloğluna RF Başqırdıstan Respublikasının Xalq artisti adı verilib
- 10:38 Milli Kitabxanada Milli Musiqi Günü münasibətilə ənənəvi kitab sərgisi açılıb
- 10:11 “Xatirələrdə yaşayan Üzeyir” adlı tədbir keçirilib
- 09:23 “Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub
- 09:12 Şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş “Mən qorxmuram uzaq yola çıxmaqdan” kitabı çapdan çıxıb
- 09:09 Sentyabrın 18-i Milli Musiqi Günüdür
- 17:35 Musiqili Teatr dörd aylıq repertuar planını açıqlayıb
- 16:13 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:09 Azərbaycan musiqisi Norveçdə səsləndirilib
- 15:32 Azərbaycanlı müəllifin nağılı udmurt dilində
- 14:03 Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib
- 12:28 Azərbaycanın Xalq artisti Almaniyada yeddi dəfə Alfio partiyasını ifa edəcək
- 12:09 Kitabxananın layihələri əsasında hazırlanan kitab nəşr olunub
- 11:31 Milli Kitabxanada “Əmir Pəhləvan - 65” adlı kitab sərgisi açılıb
- 11:04 Bilik Gününə həsr olunmuş konsert keçirilib
- 10:43 Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür
- 09:25 Azərbaycan Beynəlxalq Antalya Yörük Türkmən Festivalında geniş heyətlə təmsil olunub
- 17:34 Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
- 17:16 Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə dərc edilib
- 17:14 Məktəblilər üçün “İspan xalq nağılları” kitabı nəşr olunub
- 17:01 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 16:51 “Zamana sığmayan ömür” kitabının təqdimatı keçirilib
- 15:28 Musiqili Teatr Brestdə uğurla çıxış edib
- 15:23 Görkəmli pianoçu, pedaqoq Elmira Səfərovanın məzarı ziyarət olunub
- 14:42 Nizami Günlərinin təntənəli bağlanış mərasimi keçirilib
- 14:39 KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə bağlı treninq keçirilib
- 11:31 Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalanıb
- 11:25 Bu gün kinomuzun ilk qadın aktrisası İzzət Orucovanın doğum günüdür
- 10:45 Milli Kitabxanada Bilik Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 09:37 Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub
- 09:31 Antalyada azərbaycanlı sənətçilərin təntənəli konsert proqramı keçirilib
- 09:23 Bu gün Əməkdar incəsənət xadimi Elmira Səfərovanın anadan olmasının 90 ili tamam olur
- 09:16 “Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub
- 14:19 Sevilən müğənni Leyla Ramazanlı ilə görüş təşkil olunub
- 15:31 Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur
- 15:12 “Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində