18 sentyabr Azərbaycanda peşəkar musiqi sənətinin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olduğu gün, həmçinin Milli Musiqi Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan festivalın açılış konsertindən öncə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə Milli Musiqi Gününə həsr olunmuş “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi izləyicilərə təqdim olunub.
Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sərgi ilə yaxından tanış olaraq xoş təəssüratlarını bölüşüblər.
Tədbir mədəniyyətimizin təşviqi, mədəni irsimiz olan naxışların gənc nəsillərə ötürülməsi və təbliğinə bir töhfədir. Sərgidə müasir texnologiyalar vasitəsi ilə hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu xalçalar, milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünə məxsus naxışlarının işləndiyi xalçalar və kəlağayılar, eləcə də milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri nümayiş olunub.
Sözügedən məhsulların hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə vacib məsələlərdən biridir. Ona görə ki, naxışlar millətin genetik səviyyəsində yaranan identifikasiya kodudur.
Sərgi sentyabrın 28-dək davam edəcək.
- 17:25 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 17:04 MEMİM “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi təşkil edib
- 16:03 “Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub
- 14:21 Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib
- 14:19 Bakıda Kəlağayı festivalı keçiriləcək
- 12:40 “Təbiətə valeh olanlar” beynəlxalq layihəsi uğurla davam edir
- 12:23 Gənclər Kitabxanasında antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:38 Bu gün görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun anım günüdür
- 10:30 Milli Musiqi Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 09:40 Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü qeyd olunub
- 09:32 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb
- 09:23 Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb
- 18:13 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 17:29 Ankarada Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert olacaq
- 16:34 Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib
- 16:06 “Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb
- 15:15 Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
- 15:12 “Ulduz” jurnalının sentyabr nömrəsi Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub
- 15:09 Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti olub
- 14:17 Milli Musiqi Gününə töhfə olaraq Vikipediyada Üzeyir Hacıbəyli haqqında türk dilində səhifə istifadəyə verilib
- 14:15 Gənclər Kitabxanasında akademik Nizami Cəfərova həsr edilmiş virtual kitab sərgisi hazırlanıb
- 14:13 Üzeyir Hacıbəylinin ev-muzeyi ziyarət edilib
- 12:24 Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb
- 12:18 Kitabxanaya “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqalə təqdim olunub
- 11:34 Polad Bülbüloğluna RF Başqırdıstan Respublikasının Xalq artisti adı verilib
- 10:38 Milli Kitabxanada Milli Musiqi Günü münasibətilə ənənəvi kitab sərgisi açılıb
- 10:11 “Xatirələrdə yaşayan Üzeyir” adlı tədbir keçirilib
- 09:23 “Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub
- 09:12 Şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş “Mən qorxmuram uzaq yola çıxmaqdan” kitabı çapdan çıxıb
- 09:09 Sentyabrın 18-i Milli Musiqi Günüdür
- 17:35 Musiqili Teatr dörd aylıq repertuar planını açıqlayıb
- 16:13 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:09 Azərbaycan musiqisi Norveçdə səsləndirilib
- 15:32 Azərbaycanlı müəllifin nağılı udmurt dilində
- 14:03 Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib
- 12:28 Azərbaycanın Xalq artisti Almaniyada yeddi dəfə Alfio partiyasını ifa edəcək
- 12:09 Kitabxananın layihələri əsasında hazırlanan kitab nəşr olunub
- 11:31 Milli Kitabxanada “Əmir Pəhləvan - 65” adlı kitab sərgisi açılıb
- 11:04 Bilik Gününə həsr olunmuş konsert keçirilib
- 10:43 Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür
- 09:25 Azərbaycan Beynəlxalq Antalya Yörük Türkmən Festivalında geniş heyətlə təmsil olunub
- 17:34 Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
- 17:16 Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə dərc edilib
- 17:14 Məktəblilər üçün “İspan xalq nağılları” kitabı nəşr olunub
- 17:01 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 16:51 “Zamana sığmayan ömür” kitabının təqdimatı keçirilib
- 15:28 Musiqili Teatr Brestdə uğurla çıxış edib
- 15:23 Görkəmli pianoçu, pedaqoq Elmira Səfərovanın məzarı ziyarət olunub
- 14:42 Nizami Günlərinin təntənəli bağlanış mərasimi keçirilib
- 14:39 KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə bağlı treninq keçirilib
- 11:31 Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalanıb
- 11:25 Bu gün kinomuzun ilk qadın aktrisası İzzət Orucovanın doğum günüdür
- 10:45 Milli Kitabxanada Bilik Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 09:37 Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub
- 09:31 Antalyada azərbaycanlı sənətçilərin təntənəli konsert proqramı keçirilib
- 09:23 Bu gün Əməkdar incəsənət xadimi Elmira Səfərovanın anadan olmasının 90 ili tamam olur
- 09:16 “Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub
- 14:19 Sevilən müğənni Leyla Ramazanlı ilə görüş təşkil olunub
- 15:31 Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur
- 15:12 “Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində