Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb. Sabit Rəhmanın tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” “Aydınlıq”da qovuşur, “Nişanlı qız”ların “Hicran”ına son qoyulub. Allah bilir, bəlkə neçənci dəfədir ki, “Əliqulu evlənir”. Həqiqət budur ki, Sabit Rəhman olmasaydı, bu ədəbi incilərin heç biri olmayacaqdı.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın vəfatından 54 il ötüb.
Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verib. İllər keçəcək, 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını, “Hicran”, “Ulduz” musiqili komediyalarını yazacaq Sabit Rəhman daha çox səhnəmizin gülüşü və təbəssümü kimi seviləcəkdi.
Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazıb. “Toy” toy kimi qarşılansa da, Sabit Rəhmanın yazdığı “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlib. Mərhum ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?
Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə də, əslində bu gülüşün arxasında bir insan taleyi dayanıb. Necə ki, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.
Sabit Rəhman təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsarəti ilə kinossenarist kimi də uğur qazanıb. Sabit Rəhmanın qələmindən çıxan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenarisi təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayıla bilər. Bunu vaxtı ilə “Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.
Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbəxt sayardı. Xalq şairi Rəsul Rza onun barəsində yazırdı: “Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyərlər, can bir qəlbdə dostuq. İndiyə kimi bizim dostluğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.
Sabit Rəhman teatra çox bağlı insan idi. Onun yaradıcılığı aktyorlar üçün yaradıcılıq çeşməsi sayılıb. Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edib. Xalq yazıçısı İlyas Əfəndiyevin təbirincə desək, Sabit Rəhman və Azərbaycan teatrı - bu iki anlayış arasında sıx bir yaxınlıq vardı.
Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.
- 17:27 Görkəmli bəstəkar Firəngiz Əlizadə növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib
- 16:02 “COP29 nədir?” adlı tədbir keçirilib
- 15:39 Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
- 14:54 Vyanada beynəlxalq festivalın açılışında COP29-a həsr olunmuş panel müzakirəsi təşkil edilib
- 14:48 “Vikipediya”da Türk dilində “Xarıbülbül” festivalı haqqında bölmə istifadəyə verilib
- 11:45 “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir
- 11:06 “Sazın, sözü kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirilib
- 09:52 Bu gün Xalq artisti Əminə Yusifqızının doğum günüdür
- 09:39 Bu gün Xalq rəssamı Fuad Salayevin doğum günüdür
- 09:36 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:26 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakı Kitab Mərkəzində görkəmli pianoçu Elmira Səfərovanın xatirəsi anılıb
- 09:13 Türkiyənin tarixi kitabxanasında Azərbaycan nəşrləri yerləşdiriləcək
- 09:10 Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib
- 17:12 Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
- 17:04 Almaniyada Füzulinin 530 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb
- 16:42 Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri başlayır
- 15:59 Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb
- 15:55 “Sakartvelos Respublika” qəzetində “Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub
- 15:34 Yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” adlı kitabının təqdimatı keçirilib
- 14:39 Azərbaycanlı dirijor Moskva Dövlət Filarmoniyasının səhnəsində çıxış edib
- 12:06 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 11:41 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
- 11:28 Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim edilib
- 10:58 Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdür
- 10:29 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
- 09:47 Bu gün Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür
- 09:32 Azərbaycanlılar Astanada keçirilən Milli Mədəniyyətlər Festivalında iştirak ediblər
- 09:25 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
- 19:35 Tanınmış rəqqasə Fatimə Fətəliyeva ilə görüş təşkil olunub
- 17:52 Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
- 17:48 “Əsrin müqaviləsi – 30” adlı videoçarx hazırlanıb
- 17:46 Kitabxanaya "Suverenlik dövlətimizin əsas atributlarından biridir" adlı məqalə təqdim edilib
- 17:11 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:12 “Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq
- 14:47 Film Fondunun muzeyinə qiymətli eksponat bağışlanıb
- 14:29 Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 14:25 Gənclər Kitabxanasında “Yoxdan var olan Xocalı!” adlı vəsait hazırlanıb
- 14:22 KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə bağlı treninqlər başa çatıb
- 14:15 Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib
- 14:10 “Sarı gəlinin sorağında” filmi IX Türk Dünyası Sənədli Film Festivalında
- 12:32 IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
- 11:02 Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb
- 10:39 Kitabxanada akademik Nizami Cəfərovun 65 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 09:56 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 09:48 Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edilib
- 09:43 Almaniyada rəsm sərgisində azərbaycanlı rəssamların əsərləri də yer alıb
- 09:39 Bu gün Azərbaycan Respublikasında ilk dəfə Dövlət Suverenliyi Günü kimi qeyd edilir
- 09:19 Muğam Mərkəzində “Ros Unicus” dueti konsert proqramı ilə çıxış edib
- 09:15 Bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq gecəsi keçirilib
- 09:11 Bakı Kitab Mərkəzində “YüksƏl” layihəsi çərçivəsində Payız seminarlarına start verilib
- 09:08 Bakıda Aleksandrinski Teatrının “Böyük qastrolları”na start verilib
- 17:25 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
- 17:04 MEMİM “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi təşkil edib
- 16:03 “Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub
- 14:19 Bakıda Kəlağayı festivalı keçiriləcək
- 12:40 “Təbiətə valeh olanlar” beynəlxalq layihəsi uğurla davam edir
- 12:23 Gənclər Kitabxanasında antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:38 Bu gün görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun anım günüdür
- 10:30 Milli Musiqi Günü ilə əlaqədar dəyirmi masa keçirilib