XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2024 14:29

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışçılar bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılğı haqqında danışıb, Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda “Arşın mal alan” filmi nümayiş olunub.

Baxış sayı: 54