XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2024 11:02

Azərbaycan Milli Kitabxanasında “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın Dövlət Suverenliyinə nail olduğu tarixi hadisələrdən - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, tarixi zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

 

 

Baxış sayı: 41