XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Kəlağayı festivalı keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2024 14:19

Sentyabrın 24-də Suraxanı Rayonu İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Hövsan parkında ''Sazlı-Sözlü Kəlağayı Günləri''- layihəsi çərçivəsində Kəlağayı festivalı keçiriləcək.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, festivalda Şəkidən və İsmayıllıdan olan tanınmış kəlağayı ustalarının iştirakı ilə sərgi, rəsmi açılış, konsert proqramı keçiriləcək.

Qeyd edək ki, Kəlağayı festivalı bundan əvvəl Bakının Xətai rayonunda, Şuşada və Gədəbəydə təşkil olunub.

 

Baxış sayı: 34