XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2024 17:25

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə korifey sənətkarın Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi misilsiz töhfələrindən bəhs olunub, Üzeyir bəyin çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən söhbət açılıb.

Çıxışlardan sonra “Arşın mal alan” filmi nümayiş etdirilib.

Baxış sayı: 41