XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2024 09:47

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədova 23 sentaybr 1928-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F.Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S.Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C.Verdi), Toska ("Toska", C. Puc­cini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə.Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. Azərb. romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını böyük ustalıqla ifa edib.

Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.

Görkəmli opera müğənnisi Firəngiz Əhmədova 2011-ci il dekabrın 16-da vəfat edib.

Baxış sayı: 104