XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlərimiz, qürur mənbəyimiz” rubrikasında Nurlan Qasımov
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2021 01:53

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Nurlan Qasımov 1998-ci il iyunun 25-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2014–2015-ci illərdə R.Qasımov adına Marışlı kənd tam orta məktəbində oxuyub. 2015–2016-cı illərdə isə 2 saylı Peşə Liseyində təhsil alıb. Subay idi. Nurlan Qasımov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Qasımov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Marışlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra "Vətən uğrunda" və 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 121