XƏBƏRLƏR
MƏLUMAT
Şairə Esmira Günəş “Balamın həsrəti” şeirini təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
30/08/2021 01:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə Mərkəzi Kitabxananın Fəxri oxucusu, şairə Esmira Günəş növbəti dəfə şeir təqdim edib.

Vətənin azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarına öz yaradıcılığında xüsusi yer ayıran Esmira Günəş şəhid Tacəddin İsmayılzadənin xatirəsinə həsr etdiyi seiri kitabxanaya təqdim edib. “Balamın həsrəti” adlanan şeir oxuculara təqdim olunub.

Balamın həsrəti

(Şəhid Tacəddin İsmayılzadənin xatirəsinə həsr olunur)

Yüz iyirmi səkkiz gün, əlim qalxdı göylərə,

Yalvarıb imdad dedim, əl uzatdım hər yerə.

Balam yumdu gözünü, açmadı ki, sevinim,

Danışmadı, dinmədi, mən də dərdini bilim.

 

Müharibə alovu, balamı da bürüdü,

İndi cənnətin taxtı, gül balamın yeridi.

Necə dözüm, ay Allah, necə üsyan etməyim,

Necə sığışım evə, məzarlığa getməyim.

 

O məzarda qəlbimin , yatır bir oğul payı,

Dünya kar olub diyən eşitməyir harayı.

Gözlərimin nəmiylə sulanır çiçəkləri,

Görən balam necədir, rahatmı onun yeri?.

 

Şəkilləri bağrıma sıxıb-sıxıb  ağlaram

Ümidimi cənnətin qapısına bağlaram.

Bəlkə bir gün qovuşdum balama cənnətində

Hələki qəlbim yanır balamın həsrətində.

Baxış sayı: 348