Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində doğulub. Təsviri incəsənətə marağı uşaq yaşlarında bələdiyyə incəsənət məktəbində oxuyarkən yaranıb. 1914-1918-ci illərdə maristlər ordeninə məxsus məktəbdə tərbiyə alıb. 1916-cı ildə yay tətilini Aralıq dənizi sahilində yerləşən Kadakes şəhərində keçirir. Burada o, ilk dəfə modernist incəsənətlə tanış olur və çox sevdiyi bu şəhər onun gələcək yaradıcılığında xüsusi yer tutur. 1919-cu ildə Dalinin ilk şəxsi sərgisi təşkil olunur.
1921-ci ildə atası onu Madridə San-Fernando İncəsənət Akademiyasına oxumağa göndərir. Burada Dali Luis Bunyuel, Federiko Qarsiya Lorka, Pedro Qrafias və ispan incəsənətinin digər nümayəndələri ilə tanış olur. Bu dövrdə Dali kubizm və dadaizm cərəyanlarına meyl göstərir.
1926-cı ildə müəllimlərə qarşı saymazyana münasibətə görə o, İncəsənət Akademiyasından xaric olunur. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 20-ci illərin sonlarında öz üslubunu tapmaq üçün Pikasso və Huan Mironun təsiri altında bir sıra əsərlər yaradır.
1929-ci ildə Luis Bunyuelin çəkdiyi "Əndəlüs köpəyi" ("Un chien andalou") filminin ssenarisini yazır. Öz gələcək həyat yoldaşı və həmin dövrdə fransız şairi Pol Elüarın xanımı olan Qala ilə elə bu vaxt tanış olur.
1929-cu ildə o, Andre Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur.
1934-cü ildə Dali Qala ilə qeyri-rəsmi nigah bağlayır (yalnız 1958-ci ildə onlar rəsmi nigaha daxil olurlar). Elə həmin il Dali ABŞ-a ilk dəfə səfər edir.
1936-cı ildə Fransisko Frankonun başlatdığı və tezliklə İspaniya vətəndaş müharibəsinə çevrilən hərbi münaqişə Salvador Dali ilə onun əsasən solçu düşüncələrə malik olan sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, "sürrealizm mənəm" fikrini söyləyir.
1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayır. 1942-ci ildə o, "Salvador Dalinin gizli həyatı" adlı avtobioqrafik əsərini nəşr etdirir.
1949-cu ildən Dali çox sevdiyi Kataloniyada məskunlaşır. Onun Franko rejimi dövründə İspaniyada yaşamaq qərarına gəlməsi bir çoxları tərəfindən tənqidə məruz qalıb.
1981-ci ildən Dalidə Parkinson xəstəliyinin əlamətləri özünü göstərməyə başlayır. 10 iyun 1982-ci ildə Qala vəfat edir. Bu Daliyə çox ağır təsir göstərir və onun həyata bağlılığını azaldır. Həmin dövrdə Dali Fiqerasdan köçərək Qala üçün aldığı Pubol qəsrində yaşamağa başlayır. 1984-cü ildə onun yataq otağında müəmmalı şəkildə yanğın baş verir. Bəziləri bunu Dalinin intihar cəhdi kimi qiymətləndirirlər. Lakin xidmətçiləri onu xilas edə bilirlər.
Bundan sonra o, yenidən Fiqerasa qayıdır və ömrünün qalan hissəsini öz adını daşıyan teatr-muzeydə yaşayır. 1988-ci ilin noyabrında Dali infarkt keçirir və xəstəxanaya yerləşdirilir. Dekabrın 5-də Kral Huan Karlos onu ziyarət edir. Salvador Dali 23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını (Rixard Vaqner) dinləyərkən ürək çatışmazlığından vəfat edir.
Dali həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkib, onlarla heykəllə bərabər, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olub.
İspaniyalı sənətkar rəssam Salvador Dali əsərləri qədər qeyri-adi həyatı ilə də yaddaşlarda dərin izlər buraxıb. Gəlin onun haqqında olan maraqlı faklarla tanış olaq.
1.Dali dünyasını dəyişən qardaşının reinkarnasiyası olduğuna inanıb.
Dali haqqındaki ən qeyri-adi fakt Dali doğulmadan öncə anasının Salvador Dali adında başqa birisini dünyaya gətirmiş olması idi. İlk Salvador dünyasını dəyişdikdən doqquz ay sonra dünyaya gələn ikinci Salvador, ilk Salvadora çox oxşadığı üçün ailəsi əslində oğlunun yenidən doğulduğuna inanıb. Dali də bunun doğru olduğuna inanırdı.
2.Dali qarışqayeyən sahibi idi.
Hətta Dali qarışqayeyən ilə şəhərdə normalmış kimi gəzərdi. Dali heyvanın adını "Babou" qoyub.Onu getdiyi şənliklərə belə aparıb.
3.Parkinson xəstəsi idi.
Dali bir rəssamın başına gələ biləcək ən pis xəstəliklərdən olan Parkinson xəstəsi idi. Diqqət azlığı və hiperaktivlik pozuntusu var idi.
4. İçinə şeytan girdiyinə inanıb.
1947-ci ildə, üzərində şeytan çıxarma ayəsini gerşəkləşdirməsi üçün rahib çağırır və ona qarşılığında öz hazırladığı çarmıx heykəlini hədiyyə edir.
5.Dali katiblərini "varlı" edib!
Dali katiblərinə maaşı pul şəklində ödəmirdi. Bunun əvəzində çəkdiyi rəsmlərdən verirdi. Zaman içində dəyərlənən rəsmlər katiblərini milyonçu edib!
6.Elmi teoremlərə olduqca marağı olan Dali, fizikçi Heisenberg'in böyük bir heyranı idi.
Bu heyranlığı belə ifadə edib: "Əvvəllər sadəcə özümə heyranlıq bəsləyərdim. Lakin, bundan sonra mənə bənzəyən Heisenberg'ə heyranlıq bəsləyəcəm."
7.Dali'nin biraz "hiyləgər" tərəfi də var idi.
Tablolarındakı yüksək qiymətlərin səbəbini müştərilərə açıqlayarkən, istifadə etdiyi boyaların içində ilan zəhəri olduğunu qeyd edib.


- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib