XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var " layihəsi çərçivəsində Əməkdar artist Füzuli Hüseynovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2025 09:03

Aprelin 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var " layihəsi çərçivəsində Əməkdar artist Füzuli Hüseynovla görüş keçirilib.

Görüşdə qonaq qismində Əməkdar artistlər Aybəniz Haşımova , Sənubər İsgəndərli, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilibki, Füzuli Hüseynov V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, Anarın "Təhminə və Zaur"unda Spartak, "Bəyin oğurlanması"nda Elxan bu kimi bir çox tamaşalarda, filmlərdə yaddaqalan rollar silsiləsi yaradaraq tamaşaçı rəğbətini qazanıb.

Sevilən aktyor çıxışında həyat və fəaliyyəti haqqında danışıb, iştirakçıları maraqlandıran suallara cavab verib.

Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyasının tələbələri bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin “Aysel “ rəqs qrupunun təqdim etdiyi rəqslər maraqla qarşılanıb.

Baxış sayı: 97