XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Səid Rüstəmovun mahnılarından ibarət konsert təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/04/2025 14:41

Rəşid Behbudov adına Dövlət Teatrında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək bəstakarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Gecədə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, solistlər Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, ifaçılar Ramazan Şərifzadə və Nəzrin Əliyeva bəstəkarın bir-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını ifa ediblər. Solistləri teatrın ansamblı (rəhbər Mirxalid Salayev) müşayiət edib.

Baxış sayı: 48