XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycanın azadlıq və istiqlaliyyəti üçün atılan addımlar” adlı mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/04/2025 14:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində “Azərbaycanın azadlıq və istiqlaliyyəti üçün atılan addımlar” adlı mühazirə keçirilib.

Tədbirdə Suraxanı rayon 87 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Mühazirə zamanı Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyəti barədə məlumat verilib, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında, azadlıq və istiqlaliyyətinin əldə olunmasında əvəzsiz xidmətlərindən bəhs edilib.

Sonda mühazirə iştirakçıları Ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 95