XƏBƏRLƏR
MƏLUMAT
Aşqabadda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşa böyük maraqla qarşılanıb
ÜMÜMİ XƏBƏRLƏR
07/04/2025 11:39

Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Türkmənistanda klassik Azərbaycan ənənələri yaşamaqda davam edir. Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında bu il Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə və bütün dünyada doğumunun 140 illiyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası teatrsevərlərin görüşünə gəlib.

Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd olunub ki, “Arşın mal alan” tamaşası Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur, 1980-ci illərdən isə etibarən bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq tamaşaya qoyulur. Əsər həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.

Baxış sayı: 40