
Azərbaycan satirik mətbuatının zirvəsi olan Molla Nəsrəddin jurnalının ilk sayı 7 aprel 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində çap olunub.
XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. “Molla Nəsrəddin” jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi; nəşrin redaktoru C. Məmmədquluzadənin dediyi kimi, “Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib.
Jurnalın təsisçiləri görkəmli yazıçı Cəlil Məmmədquluzadə və ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdilər.
Nəşrin 1-ci nömrəsində əhatə olunmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.
Jurnal öz "lüğət"lərində, "tapmaca"larında, "mükalimələr"ində, "hesab məsələləri"ində, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.
Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.
Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət - "Molla Nəsrəddin" adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.
- 17:20 “Ozan dünyası” jurnalının bu il üçün ilk nömrəsi işıq üzü görüb
- 17:05 "Aprel döyüşləri-Vətən müharibəsinin baş məşqi" adlı dəyirmi masa keçirilib
- 16:15 Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılacaq
- 15:43 UNESCO İcraiyyə Şurasının 221-ci sessiyası çərçivəsində Milli komissiyaların ənənəvi iclası keçirilib
- 15:02 Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı, mətbuat və ədəbiyyatımızda məktəb yaratmış “Molla Nəsrəddin” dərgisinin nəşrə başlamasından 119 il ötür
- 14:59 Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin anadan olmasının 66 ili tamam olur
- 12:06 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 12:05 Azərbaycan Kinematoqrafçılar İttifaqı “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edib
- 11:39 Aşqabadda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşa böyük maraqla qarşılanıb
- 11:22 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:18 Danimarkalı yazıçı Hans Xristian Andersenin 220 illik yubileyi ilə əlaqədar olaraq “Nağıl saatı” keçirilib
- 10:55 "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib
- 09:40 Almaniyada Azərbaycanın mədəni irsinin təbliğinə həsr edilmiş “Multikultural nostalji axşamı” adlı konsert təşkil olunub
- 09:36 Rostropoviçlərin ev-muzeyində “Muzeydə canlanan melodiyalar” adlı konsert təşkil olunub
- 09:33 Aktauda "Türk dünyasının mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimi keçirilib
- 16:31 Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək
- 15:45 “Heydər Əliyev və Azərbaycan” adlı layihə davam edir
- 14:41 Görkəmli bəstəkar Səid Rüstəmovun mahnılarından ibarət konsert təşkil olunub
- 14:24 Xətai Sənət Mərkəzində rəssam Bayram Qasımxanlının sərgisi açılıb
- 12:32 Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 12:26 Ümummilli Liderin əziz xatirəsinə həsr olunan romanı Ankarada işıq üzü görüb
- 12:17 “Біз бақытты баламыз” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 10:06 “Aprel yüksəkliyi” sənədli filmi nümayiş olunub
- 09:27 Xalq artisti Muxtar Maniyevin anadan olmasının 90 ili tamam olur
- 09:10 Bakıda avstraliyalı musiqiçi Con Varneylə görüş təşkil olunacaq
- 16:15 “Heydər Əliyev: Dövlətçiliyimizin memarı və vətənə xidmətin nümunəsi” adlı mühazirə keçirilib
- 15:08 Mədəniyyət naziri Adil Kərimli Saatlıda vətəndaşları qəbul edib
- 15:04 Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
- 14:24 Dövlət Akademik Filarmoniyasında silsilə konsertlər keçiriləcək
- 14:15 Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:10 Attestasiyanın ilkin nəticələri: yüksək peşəkar müəllimlər və mədəniyyət təhsili sistemində dəyişikliklər
- 12:43 Azərbaycan incəsənət ustaları ilk dəfə Özbəkistanda tələbələr üçün ustad dərsləri keçiblər
- 10:57 Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub
- 10:20 “Aprel döyüşləri-tarixi zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib
- 10:03 “Heydər Əliyev və muzeylərimiz” adlı yeni layihə başlayıb
- 09:19 Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilib
- 09:13 Batumi Dram Teatrının kollektivi “Arşın mal alan” operettasını gürcü dilində səhnələşdirib
- 14:50 “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” layihəsi elan edilib
- 14:15 Azərbaycanlı yazıçının əsəri ilə bağlı Rusiya nəşri reportaj hazırlayıb
- 12:01 "Mədəni Yurdumuz" adlı yeni media layihəsi başlandı
- 10:44 Bu gün Xalq rəssamı Altay Hacıyevin anadan olmasının 94 ili tamam olur
- 10:40 Milli Kitabxanada Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlanıb
- 09:35 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrini gücləndirir
- 09:33 Mədəniyyət Nazirliyinin sistemindəki Musiqi və İncəsənət Məktəblərində çalışan təhsilverənlərin attestasiyası ilə bağlı məlumat
- 09:26 Azərbaycan ilk dəfə Özbəkistanda beynəlxalq teatr həftəliyində təmsil olunub
- 09:22 Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
- 09:19 Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub
- 09:17 Azərbaycan nümayəndəsi “Sanremo Junior” mahnı müsabiqəsində ilk üçlükdə yer alıb
- 09:15 Bəstəkar Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş konsert-portret nümayiş etdiriləcək
- 15:01 Bu gün Xalq artisti Abdulla Babayevin anadan olmasının 101 ili tamam olur
- 14:39 Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir
- 14:25 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:23 “Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb
- 14:19 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 12:21 “31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırım aktı” mövzusunda dəyirmi masa təşkil olunub
- 11:19 Mədəniyyət naziri Adil Kərimli Saatlıda vətəndaşları qəbul edəcək
- 09:32 Qırğızıstan Teatrı Dədə Qorqud tamaşası ilə Bakıda çıxış edəcək
- 09:28 Qlazqoda Azərbaycan filminin nümayişi keçirilib
- 14:43 Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
- 11:53 "Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib