
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin himayədarlığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Duman çəkiləndə” romanı Ankarada işıq üzü görüb.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ibrətamiz məhəbbət dastanı olan bu əsər Böyük Qarabağ Zəfərinin tarixi təntənəsini tərənnüm etmək məqsədilə qələmə alınıb.
Yazıçı-publisist Sabir Şahtaxtının müəllifi olduğu siyasi-tarixi roman Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı 44 günlük rəşadətli Vətən müharibəsinin tam təfsilatını tərənnüm edir. Romanda beynəlxalq hüququn verdiyi ədalətin bərpa olunması prosesində Azərbaycana göstərilən siyasi təzyiqlər, süni Qarabağ münaqişəsinin yaradılmasının məqsəd və nəticələri, Azərbaycan xalqının bitib-tükənməyən yurd sevgisi, vətəndaşların sərgilədiyi qətiyyət, şəhid cənazələrinin, qazilərin qarşılanmasındakı ən duyğusal məqamlar, igidlərin cəsurluğu, cəbhə sərgüzəştləri, real döyüş hekayələri, azərbaycanlı döyüşçülərin dönməzliyi və s. obrazlı şəkildə oxucuya çatdırılır. Həmçinin Azərbaycan xalqının ən mükəmməl genetik xüsusiyyətləri, eləcə də tükənməz yaradıcılıq istedadı ədəbi təsvirlər əsasında tarixiləşdirilir, dövlət-xalq vəhdətinin tükənməz gücü tərənnüm edilir.
Akademik Nizami Cəfərovun “Ön söz” müəllifliyi ilə işıq üzü görən on iki fəsil və qırx dörd bölmədən ibarət olan əsərin “Zəfər Əzizi” adlı hissəsi özündə böyük bir səmavi fəlsəfi anlayışı tərənnüm etdirir.
Əsərdə Türkiyənin dövlət və millət olaraq qazanılan qələbəyə qatqısı, böyük risklər bahasına göstərilən qətiyyətli dəstəyi, işğaldan azad olunmuş ərazilərdə düşmənin beynəlxalq hüquqla cinayət hesab olunan əməllərinin aşkarlanmış izləri faktlar əsasında obrazlı şəkildə təsvir edilir.
Müharibənin ilk günündə 13 nəfərlik tağımın könüllü əsgərləri özlərinə ləqəb götürürlər: Şəhid, Qorxmaz, Tufan, Cənnət, Təmkin, Mübariz, Polad, Cəsur, İldırım, Qartal, Cihad və Qurd. Bu igidlərin hər biri Vətən fədaisidir. Onların hərəsi bir tanınmış məkanda qəhrəmanlıqla şəhid olur. Təkcə dəstənin komandiri Tarix sağ qalır. İdeya və siyasi məziyyətinə görə əsər milli-mənəvi dəyərlərimizi tam şəkildə ehtiva etməklə bərabər dünya ədəbiyyatı üçün də dəyərli bədii vəsaitdir. Çünki əsərdə insan, torpaq və vətən anlayışı qabardılmaqla bərabər, humanizm prinsipləri qorunmuşdur. Romanda manqanın tərkibinin “12+1” sayda göstərilməsi təsadüfi deyil. Azərbaycan Konstitusiyası 12 fəsildir. On iki ay, on iki imam, on iki mələk, tək amal və s. Zaman baxımından hər şey kimi, insan ömrü də axaraq sonda torpağa qovuşur. Lakin tarix nəsillərin yaddaşında keçmişə və gələcəyə işıq saçır, milli vətənpərvərlik mübarizəsi yolu üçün stimula çevrilir.
Tarixin Universitet illərində sevgilisinin adı Xarıdır (Xarıbülbül). Acı tale onları bir-birindən ayrı salıb. Xarı düşdüyü ailə dramına görə Tarixdən qaçsa da, onu sonsuz ülvi bir məhəbbətlə sevir. Tarix isə onillik ayrılıqdan sonra Qərənfil adlı şagirdi ilə evlənib. Şuşanın işğaldan azad olunduğu gün Qərənfil (Zəfər adlı) oğlunu dünyaya gətirən zaman gözlərini həyata əbədi yumur. Tarix müharibənin son günləri öyrənir ki, əslində, Qərənfil və Xarı bacıdırlar...Zəfəri dünyaya gətirmək Qərənfilə, böyütmək ona analıq etmək isə Xarıya nəsib olur!
Əslində, doğma bacı olan Qərənfil və Xarı Şuşanın süqutu nəticəsində ağır dram yaşayan ailənin timsalında Azərbaycan xalqının qaçqınlıq həyatının inikasıdır. Bacıların bir-birindən ayrı düşmələri və bir-birini tanımamaları, eləcə də Tarixin Bakı metrosunun “20 Yanvar” stansiyasından minib “Azadlıq” stansiyasından çıxaraq cəbhəyə yola düşməsi keçmiş Qarabağ münaqişəsinin tarixini nəsillərə daşıyan real həyat hekayələri kimi romanda əksini tapıb.
Əsər dəstənin Tarix ləqəbli komandirinin Şuşada gördüyü yuxu ilə bitir...
- 16:31 Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək
- 15:45 “Heydər Əliyev və Azərbaycan” adlı layihə davam edir
- 14:41 Görkəmli bəstəkar Səid Rüstəmovun mahnılarından ibarət konsert təşkil olunub
- 14:24 Xətai Sənət Mərkəzində rəssam Bayram Qasımxanlının sərgisi açılıb
- 12:32 Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 12:26 Ümummilli Liderin əziz xatirəsinə həsr olunan romanı Ankarada işıq üzü görüb
- 12:17 “Біз бақытты баламыз” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 10:06 “Aprel yüksəkliyi” sənədli filmi nümayiş olunub
- 09:27 Xalq artisti Muxtar Maniyevin anadan olmasının 90 ili tamam olur
- 09:10 Bakıda avstraliyalı musiqiçi Con Varneylə görüş təşkil olunacaq
- 16:15 “Heydər Əliyev: Dövlətçiliyimizin memarı və vətənə xidmətin nümunəsi” adlı mühazirə keçirilib
- 15:08 Mədəniyyət naziri Adil Kərimli Saatlıda vətəndaşları qəbul edib
- 15:04 Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
- 14:24 Dövlət Akademik Filarmoniyasında silsilə konsertlər keçiriləcək
- 14:15 Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:10 Attestasiyanın ilkin nəticələri: yüksək peşəkar müəllimlər və mədəniyyət təhsili sistemində dəyişikliklər
- 12:43 Azərbaycan incəsənət ustaları ilk dəfə Özbəkistanda tələbələr üçün ustad dərsləri keçiblər
- 10:57 Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub
- 10:20 “Aprel döyüşləri-tarixi zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib
- 10:03 “Heydər Əliyev və muzeylərimiz” adlı yeni layihə başlayıb
- 09:19 Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilib
- 09:13 Batumi Dram Teatrının kollektivi “Arşın mal alan” operettasını gürcü dilində səhnələşdirib
- 14:50 “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” layihəsi elan edilib
- 14:15 Azərbaycanlı yazıçının əsəri ilə bağlı Rusiya nəşri reportaj hazırlayıb
- 12:01 "Mədəni Yurdumuz" adlı yeni media layihəsi başlandı
- 10:44 Bu gün Xalq rəssamı Altay Hacıyevin anadan olmasının 94 ili tamam olur
- 10:40 Milli Kitabxanada Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlanıb
- 09:35 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrini gücləndirir
- 09:33 Mədəniyyət Nazirliyinin sistemindəki Musiqi və İncəsənət Məktəblərində çalışan təhsilverənlərin attestasiyası ilə bağlı məlumat
- 09:26 Azərbaycan ilk dəfə Özbəkistanda beynəlxalq teatr həftəliyində təmsil olunub
- 09:22 Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
- 09:19 Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub
- 09:17 Azərbaycan nümayəndəsi “Sanremo Junior” mahnı müsabiqəsində ilk üçlükdə yer alıb
- 09:15 Bəstəkar Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş konsert-portret nümayiş etdiriləcək
- 15:01 Bu gün Xalq artisti Abdulla Babayevin anadan olmasının 101 ili tamam olur
- 14:39 Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir
- 14:25 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:23 “Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb
- 14:19 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 12:21 “31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırım aktı” mövzusunda dəyirmi masa təşkil olunub
- 11:19 Mədəniyyət naziri Adil Kərimli Saatlıda vətəndaşları qəbul edəcək
- 09:32 Qırğızıstan Teatrı Dədə Qorqud tamaşası ilə Bakıda çıxış edəcək
- 09:28 Qlazqoda Azərbaycan filminin nümayişi keçirilib
- 14:43 Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
- 11:53 "Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib
- 14:57 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 12:49 “Bayram gəlir elimə” adlı şənlik keçirilib
- 12:47 “Biz xoşbəxt uşaqlarıq” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 12:27 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 12:25 Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb
- 12:00 Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
- 11:08 “Bahar - ən gözəl qızısan sən təbiətin!” adlı bayram konserti keçirilib
- 11:04 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
- 11:00 Musiqi məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib
- 10:00 “Bahar nəğməsi” adlı konsert keçirilib
- 09:34 Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
- 09:24 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:18 UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
- 09:15 Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
- 19:07 “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib