XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxana işinin müasir istiqamətləri” adlı seminar həyata keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
08/04/2025 17:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Gəncə-Daşkəsən Regional İdarəsinin birgə təşkilatçılığı ilə 2025-ci ilin 12 aprel tarixində Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Kitabxana işinin müasir istiqamətləri” adlı seminar həyata keçiriləcəkdir.

Seminarın əsas məqsədi cəmiyyətin informasiyalaşdırılması, eləcə də müasir texnologiyaların kitabxana sahəsinə tətbiqi şəraitində qabaqcıl təcrübənin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır.

Seminarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanalarda çalışan ixtisaslı mütəxəssislər tərəfindən kitabxana işininin müasir dövrün tələblərinə uyğun qurulması məqsədilə məruzələr (slaydlar vasitəsilə) dinləniləcəkdir.

Baxış sayı: 122