XƏBƏRLƏR
MƏLUMAT
“Poeziya saatı”nda Ramiz Rövşənin “İlan balası” şeiri səsləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/08/2021 02:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları oxuculara virtual xidmətini davam etdirir.

Növbəti dəfə poeziya sevən oxucular üçün “Poeziya saatı”nda kitabxananın əməkdaşı Səidə Rəcəbova şair Ramiz Rövşənin “İlan balası” şeirini səsləndirdi. Sosial şəbəkə izləyicilərinə təqdim edilən, şairin bu şeiri mövzusuna görə onun yaradıcılığındakı bütün şeirlərdən fərqlənir.

Şeirdə əvvəl körpə “ilan balası”nın sevinci, böyüdükcə canındakı zəhərli dərdlə barışması, “döşünün altında sevən bir ürək”, “dişinin altında zəhər tuluğu” kimi təzadlı fikirlər şairin özünəməxsus yanaşması ilə ifadə edilib.

“İlan balası” şeiri aşağıdakı keçiddə təqdim olunub:

https://www.instagram.com/tv/CTKgWpWn9Tz/?utm_medium=copy_link

Baxış sayı: 137