XƏBƏRLƏR
MƏLUMAT
İstiqlal Muzeyində “Fəda” adlı tədbir-sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 16:26

Yanvarın 17-də İstiqlal Muzeyində 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş “Fəda” adlı tədbir-sərgi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin sadiq vətənpərvər ruhda böyüməsi və xalqımızın tarixində milli iradəmizin zəfər çaldığı o şanlı günü daim yad etməsidir.

Elmi-ekspozisiya şöbəsinin elmi işçisi Şəhriyar Səməndərov çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında dərin izlər buraxdığını, bu günün heç vaxt unudulmayan, qəhrəmanlıq və şəhidlik salnaməsi kimi yaşadığını bildirib.

Sonra Milli Konservatoriyanın nəzdində İncəsənət gimnaziyasının təsviri-tətbiqi sənət üzrə direktor müavini Kəmalə Kərimova “Fəda” sərgisi haqqında məlumat verib. Qeyd edilib ki, vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların təbliğində, onların bacarıqlarının inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Daha sonra qonaqlar gənc rəssamların 20 Yanvar faciəsi mövzusunda olan əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Baxış sayı: 36