XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
13/01/2025 10:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinə 60 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlər Mərkəzin ekspozisiya zalları ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Baxış sayı: 28